Sərnişin və sürücülər arasında sorğu keçirilib
Sentyabrın 25-28-də “Xaliq Faiqoğlu” şirkəti tərəfindən şirkətin istismarında olan müntəzəm marşrut xətləri üzrə sərnişinlər arasında xidmət keyfiyyətinin səviyyəsinin və sərnişin məmnuniyyətinin araşdırılması məqsədi ilə növbəti sorğu keçirilib.
“Qafqazinfoc” xəbər verir ki, Azərbaycan Texniki Universitetinin tələbələrindən ibarət könüllülər dəstəsinin və şirkətin əməkdaşlarından ibarət qrupların iştiraketdiyi sorğuda BakıKart sisteminin tətbiq edildiyi marşrut xətlərinin sərnişinlərivə sürücüləri sualları cavablandırıb. Xidmət keyfiyyətinin artırılması və maarifləndirmə işinin təşkili baxımından əhəmiyyətli olan layihə çərçivəsində 2 min nəfərədək sərnişinin və 450 sürücünün fikirləri dinlənilib.
Bakının müxtəlif ərazilərində sərnişin axınının güclü olduğu məntəqələrində həyata keçirilən sorğu zamanı irad, şikayət ə təkliflər qeydedilib, həmçinin müntəzəm marşrut xətlərindən istifadə edən sərnişinlərin, eləcədə avtobus sürücülərinin maariflənməsi üçün onlarla söhbətlər aparılıb. Aşkar edilən çatışmazlıq v ənöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı şirkət tərəfindən işlər görülür.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti xidmət keyfiyyətinin, səviyyəsinin və sərnişin məmnuniyyətinin müəyyənləşdirilməsi məqsədi ilə hər il 2 dəfə olmaqla sorğular keçirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət