Slimfit
  1. AZƏRBAYCAN

Sərnişin qatarları Bakıdakı sıxlığı azaldacaqmı? – Ekspert şərh edir

Sərnişin qatarları Bakıdakı sıxlığı azaldacaqmı? – Ekspert şərh edir
Sakura

Sərnişin qatarları Bakıdakı sıxlığı azaldacaqmı? – Ekspert şərh edir

Bir neçə gün öncə Prezident İlham Əliyevin iştirakı ilə Sabunçu dəmir yolu vağzalının açılışı baş tutdu.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov mətbuata verdiyi açıqlamada yeni istifadəyə verilən vağzalın sərnişinlərə xidmət göstərmək üçün hazır olduğunu bildirib. Bununla yanaşı, o, qeyd edib ki, Bakı sərnişin-Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları da tamamilə yenidən qurulub. QSC sədri həmçinin, dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı və Heydər Əliyev adına hava limanına qədər uzadılacağını və bu yolların davamlı olaraq tikiləcəyini vurğulayıb. 

Bəs yeni dəmir yolu xətlərinin şəhərin nəqliyyat infrastrukturuna nə kimi təsirləri olacaq? Şəhərdəki sıxlıq aradan qaldırılacaqmı?

Mövzu ilə bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Azadinform-a açıqlamasında qeyd edib ki, ictimai nəqliyyatın alternativ növlərinin yaradılması, bu şəbəkənin genişləndirilməsi şəxsi avtomobillərin, avtobusların, taksilərin yükünü müəyyən qədər azaldacaq:

“Bu, tıxacların da azalmasına səbəb olacaq. Təsəvvür edin ki, Bakı kəndlərindən, elə Sabunçu rayonunun qəsəbələrindən şəhərə avtobusların sayı az olduğuna görə günün pik saatlarında nə qədər taksi işləyir. O taksilər şəhərə daxil olan nəqliyyat vasitələrinin sayını artırmaqla sıxlığa səbəb olur. Sıxlığın əziyyətini isə demək olar ki, şəhərdə hərəkət edən hər kəs çəkir – istər piyada olsun, istər sərnişin, istərsə də sürücü. Sürücü kimi yollarda tıxacda qalırıq, mənzil başına gecikirik, yanacaq sərfiyyatımız artır, maddi zərərə düşürük. Sərnişin kimi, mənzil başına gecikirik, avtobusların sayı az olduğuna görə basabas yaranır. İstər maddi, istərsə də mənəvi cəhətdən bu zərəri hamımız çəkirik. Atmosfer çirklənir, ekoloji cəhətdən problemlər yaşanır, insanlar daha çox yanacaq sərfiyyatı ilə ətrafı çirkləndirirlər. Bizim və bizdən sonrakı nəsillərin orqanizmində bir çox fəsadlar yaranır. Acı da olsa, bunlar reallıqdır”.

Ekspert qeyd edib ki, dəmir yolu xətti ekoloji cəhətdən təmizdir, həm dövlət, həm də vətəndaşlar üçün sərfəlidir: “Bu cür şəbəkələrin genişləndirilməsi vacibdir. Gələcəkdə tramvayların da bu şəbəkəyə qoşulması yaxşı olardı. Keçən ilin dekabr ayında Prezident tərəfindən təsdiq olunan Dövlət Proqramında da bu, öz əksini tapır. Bu addımlar ətraf mühitin qorunması, şəhərdə sıxlığın azaldılması baxımından müsbət təsirlər göstərəcək”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR