Dərc edildi: Baxış sayı: 335
Sərnişin avtobusundakı yanğınla əlaqədar komissiya yaradıldı
Bakı Nəqliyyat Agentliyində, "BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda baş verən yanğın hadisəsi ilə əlaqəddar komissiya yaradılıb.
Ens.az xəbər verir ki, bu barədə "Report"a Agentlikdən bildirilib.
Məlumata görə, hadisənin baş verməsi ilə bağlı məsələlər komissiya tərəfindən araşdırılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, bu gün səhər saatlarında qeydə alınıb. Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət