Slimfit
  1. AZƏRBAYCAN

Sərnişin avtobuslarında niyə tibbi çanta yoxdur?

Sərnişin avtobuslarında niyə tibbi çanta yoxdur?
Sakura

Sərnişin avtobuslarında niyə tibbi çanta yoxdur?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları” ilə bağlı 2009-cu il 17 sentyabr tarixi qərarında belə bir müddəa var: “Sərnişin daşıyan avtobus sürücüsü zəruri hallarda sərnişinlərə ilkin tibbi yardım göstərməli və ya təcili tibbi yardım çağırmalı, yaxud ən yaxın müalicə müəssisəsinə çatdırmaq üçün tədbirlər görməlidir”.

Lakin günümüzdə tez-tez rastlaşırıq ki, sərnişin daşıyan, xüsusən də şəhər daxili nəqliyyatda fəaliyyət göstərən avtobuslarda sərnişinlərin sağlamlığı ilə bağlı problem yaşananda onlara heç bir ilkin tibbi yardım göstərilmir. Bu cür situasiyalarda məlum olur ki, avtobuslarda ümumiyyətlə ilkin tibbi yardım üçün heç bir ləvazimat, dərman, hətta adi su belə yoxdur.

Məsələn, ötən gün “Yeni Müsavat”ın əməkdaşı bu cür hadisənin şahidi olub. Belə ki, artıq iki ildir ki, fəaliyyət göstərən 125 saylı Bakubus avtobusu Bayıl qəsəbəsinə doğru hərəkət edən zaman qadın sərnişinlərindən birinin halı pisləşib. Özündən gedən sərnişinə yalnız digər sərnişinlər yardım göstərməyə, onu ayıltmağa çalışıblar. 

Maraqlıdır, niyə Bakubus kimi yeni, müasir avtobuslarda ilkin tibbi yardım üçün kiçik aptek çantası yoxdur? Təəssüf ki, bu problemlə digər sərnişin avtobuslarında da rastlaşırıq.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, BakuBus MMC-də mövcud qaydalara əsasən hər gün səhər avtobuslar xəttə çıxan zaman sürücülər tibbi müayinədən keçir və bundan sonra onlara möhürlənmiş tibbi çanta təhvil verilir: “Eyni zamanda hər bir sürücü xüsusi olaraq tibbi yardım göstərilməsi, ümumiyyətlə isə səhhətində problem yaranan sərnişinə yardım etməsi ilə bağlı təlimatlandırılır. Sürücü Təlim Mərkəzində keçirilən təlimlərdə bu məsələ diqqətdə saxlanılır. Ötən dövr ərzində BakuBus sürücülərinin səhhətində narahatlıq yaranan sərnişinlərə yardım etmələri ilə bağlı xeyli sayda məqamlar olub. Hətta vəzifə və insani borcunu layiqincə yerinə yetirən bu cür sürücülər BNA tərəfindən də mükafatlandırılıb. Misal olaraq sürücü Zakir Həsənov, Oqtay Novruzovun halı pisləşən sərnişinə yardım etməsi olayını göstərə bilərik”.

Mais Ağayev qeyd etdi ki, 125 saylı BakuBus avtobusunda baş verən faktla bağlı məsələ araşdırılacaq: “Bilirsiz ki, avtobuslarda video nəzarət var. Görüntülər təhlil ediləcək və sürücünün hərəkətləri və ya hərəkətsizliyi qiymətləndiriləcək”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR