Şərif Şərifovu udan güləşçi də koronavirusa yoluxdu
Rusiyalı sərbəst güləşçi, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi Abdulraşid Sadulayev koronavirusa yoluxub.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə əslən Dağıstandan olan idmançı özünün "Instagram" səhifəsində paylaşım edib.
4 qat Avropa və dünya çempionu bildirib ki, həmyerliləri kimi o da əvvəlcə xəstəliyi ciddiyə almayıb: "Virus yalnız qapımızı kəsdirəndə bunun necə təhlükəli olduğunu hiss etdim. Özüm, doğmalarım, yaxınlarım xəstəliyi keçirdi. Bir çox tanışım isə artıq dünyasını dəyişib".
Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov koronavirusa yoluxub.
Xatırladaq ki, Abdulraşid Sadulayev Rio olimpiadasının yarımfinalında və ötən il Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatının finalında Şərif Şərifova qalib gəlib. Onların hər ikisi Dağıstanın Çarodin rayonunda anadan olublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət