Dərc edildi: Baxış sayı: 532
"Şerif "Qarabağ"la oyundan öncə koronavirus testindən keçdi
Moldovanın "Şerif" komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la matçdan öncə koronavirus testindən keçib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Tiraspol təmsilçisinin bütün futbolçularının və məşqçilər heyətinin test nəticəsi mənfi olub. Test nəticələri UEFA-ya göndərilib.
Ölkə çempionu sabah çarter reysli təyyarə ilə Bakıya gələcək.
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət