Slimfit
  1. AZƏRBAYCAN

Sərhədlərimiz etibarlı əllərdədir

Sərhədlərimiz  etibarlı əllərdədir
Sakura

Sərhədlərimiz etibarlı əllərdədir

 Hər zaman   hərbi mövzuda yazanda məsuliyyət hissləri keçirirəm.Belə mövzulara müraciət etmək və yazı yazmaq o qədərdə asan deyil. Jurnalist deyiləm . Amma bir keçmiş zabit olaraq xidmətimin 20 ilini döyüş mövqelərində xidmət aparan  hərbi hissələrdə keçirmişəm.Yazdıqlarım sırf ürəyimdən gələn hisslərdir.

Ürəyində  Vətənpərvərlik ruhunun zərrə qədərdə  izi   olan zabitin,əsgərin  qarşısında  ən müasir silahlara sarılmış  heç bir erməni əskəri belə   belə tab gətirə bilməz.Bu ruhun daşıyanları  üçün Vətən sadəcə  boş-boş  sözdən ibarət deyil! Vətən adı gələndə belələrini hər zaman qəribə bir hiss bürüyür, qəlblərinin dərinliklərində bir daha Vətənlə yaşadıqlarını, Vətənlə nəfəs aldıqlarını, Vətənlə var olduqlarını yenidən duyurlar!

  Əsgər paltarı geyinərək  Dövlət Sərhəd Xidmətinin  sıralarında  durmaq hər bir gənc üçün şərəf və məsuliyyət paradiqmasıdır. Övladını ordu sıralarında xidmətə yola salan hər bir valideyn bundan qürur və iftixar duyur.

   Mən bu yaxınlarda qərb bölgəsində  xidmət aparan əsgər və zabitlərimizin ziyrətində oldum.Əvvəlki yazılarımda bir vətəndaş olaraq  həmin bölgədə xidmət aparan  zabit və əsgərlərimizin çətin və məsuliyyətli xidmətimdən bəhs etmişəm . Bu Vətən, bu torqaq hamımımızın olduğu kimi onu qoruyan və qorumağa borclu olan ordu da, əskərlərindən komandirinə qədər hər biri bizim övladlarımız, doğmalarımız, sabahına ümidlə baxdığımız gənclərimizdir. Bu səbəbdən orduya, onun sıralarındakı hər kəsə bizim vətəndaş təəssübkeşliyimiz danışıq və rəftarımızda, gündəlik fəaliyyətimizdə aydın görünməlidir.Son günlər qərb bögəsində sərhədlərimizin mühafizəsini    mətinliklə həyata keçirən  Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının göstərdiyi  qəhrəmanlıqlarını  bariz  və tarixi  nümunə kimi  qeyd etməyi özümə borc bilirəm.Səngərlərdə duran  balalarımız qorxmadan ermənilərin bütün təxribatlarına layiqli cavab verərərək bir daha sübut etdilər  ki,azərbaycan əsgəri  dayandığı  ön  mövqedə düşmənə qarşı hər zaman barışmazdır.Ermənilər artıq  anlayıblar ki,atəş atdıqları hər bir gülləyə  adekvat cavab alacaqlar.Bu bir daha Dövlət Sərhəd Xidmətinin döyüş qabiliyyətinin və mənəvi-psixoloji vəziyyətinin yüksək olduğunu sübut etdi  və əyani olaraq nümayiş etdirdi .DSX əsgərləri tərəfindən cəhənnəmə göndərilən ermənilərin komandirləri bir daha başa düşməlidirlər ki, artıq qarşılarında duran hər bir zabit,hər bir əsgər qisas hissləri ilə yaşayır.Bu qisas getdikcə çox davamlı olacaq .Bu qisas döyüşlərdə şəhidlik zirvəsinə ucalmış ,əlil olmuş vətəndaşlarımızın qisası olacaq.Buna heç bir şübhələri qalmasın.Dövlət Sərhəd Xidmətinin  mətin hərbi qulluqçuları hər bir təxribatın qarşısını alacaq  və  yüksək döyüş qabiliyyətini hər an düşmənə göstərəcək.Başda Dövlət Sərhəd Xidmətinin Rəisi general-polkovnik Elçin Quliyevi və onun  sərhədçilərinini alqışlayıyam.Siz nəyə  qadir olduğunuzu bir daha sübut etdiniz.Gördüyünüz bütün işlərdə   Sizlərə daima  uğur və müvəffəqiyyətlər arzulayıram.Sonda yazımı Ulu Öndərimiz Heydər Əliyevin sözləri ilə bitirmək  istəyirəm:

“Məşhur bir ifadə var ki, Vətən sərhəddən başlayır. Bu, həqiqətdir. Ona görə də sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir.”

 

Mənbə:strategiya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR