Slimfit
  1. SİYASƏT

Sərhədlərimiz bütünlüklə nəzarətə götürülüb - Usubov

Sərhədlərimiz bütünlüklə nəzarətə götürülüb - Usubov
Sakura

Sərhədlərimiz bütünlüklə nəzarətə götürülüb - Usubov

Sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün Ermənistanı daha böyük itkilərə yaxınlaşdırır.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, tarixə qovuşmuş "Dağlıq Qarabağ münaqişəsi"nin ən böyük ziyanını elə erməni xalqı, Ermənistan Respublikası çəkdi və hələ də çəkir:

"Avantürist rəhbərlər onu böyük məhrumiyyətlərə, dərin böhrana məhkum etdi. Siyasi xaos, iqtisadi və sosial tənəzzül, korrupsiyalaşmış dövlət aparatı, darmadağın edilən ordu və utancverici məğlubiyyət, nəhayət, vətəndaş qarşıdurması, xaricə kütləvi miqrasiya və erməni xalqının faciələrini əks etdirən digər belə amillər Ermənistanın artıq geriyədönməz son iflas astanasında olduğunu göstərir. Erməni ictimaiyyətində öz həyatlarında yeni səhifə açmaqla bağlı çağırışların kütləviləşməsi ümid yaradır ki, bu ölkə sülh müqaviləsinin təcili imzalanmasına səmimi çalışacaq".

"Sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün bu ölkəni daha böyük itkilərə yaxınlaşdırır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesini yekunlaşdırmaq, sülh müqaviləsini imzalamaq indi daha çox Ermənistana lazımdır. Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib, sərhədlərimiz bütünlüklə nəzarətə götürülüb, qarşı tərəfdən ölkəmizə təhlükə yaradan strateji mövqelər hərtərəfli müşahidəmiz altındadır", - Usubov qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR