Sərhəddə durum gərgindir, əməliyyat gedir - Deputat
Son 30 ildə ən böyük büdcəsini müzakirə edirik. Bizim tariximizdə gəlirlərimiz 27, xərclərimiz 30 milyard manata çatmayıb. Proqnozlara görə, ümumdaxili məhsul 3,9 faiz artacaq. Bu, çox böyük nəailiyyətdir. Biz müharibədən çıxan ölkəyik.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Elman Nəsirov deyib.
“2004-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollar olub, bu gün 4,5 milyard manatdır. Təxminən 2,7 milyard dollar edir. Ermənistanın müdafiə büdcəsi heç 1 milyard dollara çatmayıb”, - deputat bildirib.
Deputat bu gün günorta saatlarında Müdafiə Nazirliyinin yaydığı məlumatla bağlı danışıb:
“Məlumatda qeyd edilib ki, Ermənistanla sərhəddə durum gərginləşib, əməliyyatlar gedir. Bəli, böyük hərbi büdcəmiz var, amma indiki reallıqda bunu artırmağa ehtiyac var. Təklif edərdim ki, hərbi xərclərimiz bir qədər də artırılsın”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət