Slimfit
  1. SİYASƏT

Sərəncam icra edilmir, təmir yarımçıq qalıb - Paşayeva

Sərəncam icra edilmir, təmir yarımçıq qalıb - Paşayeva
Sakura

Sərəncam icra edilmir, təmir yarımçıq qalıb - Paşayeva

Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bir sıra təkliflərlə çıxış edib.

Axar.az xəbər verir ki, Q.Paşayeva çıxışında 2020-ci ilin büdcə layihəsinin də yüksək səviyyədə tərtib olmasını, sosial yönümlü olduğunu xüsusi vurğulayaraq, dəstəklədiyini deyib.

Q.Paşayeva ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Göytəpə qədim yaşayış məskəni ilə bağlı komitə iclasında səsləndirdiyi fikirlərini təkrarlayıb. Bildirib ki, yerli alimlərimizlə, mütəxəssislərimizlə birgə, Yaponiyanın, Fransanın və Almaniyanın alimlərinin birgə araşdırma və tədqiqat apardığı Tokiodan Londona qədər tədqimatı keçirilən və dünyada Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olması təsdiqlənən Tovuz rayonundakı Göytəpə ilkin neolit dövrü yaşayış məskənidir. Cənab Prezidentimiz İlham Əliyevin 2012-ci ildə Tovuza səfəri zamanı Göytəpəyə baş çəkdiyini, bu ziyarətdən sonra Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayan millət vəkili müvafiq qurumları bu sərəncamı həyata keçirməyə çağırıb.

Millət vəkili bu arxeoloji parkın yaradılması ilə bağlı cənab Prezidentin sərəncamının həyata keçirilməsi istiqamətində vəsait ayrılmasına, təcili işlərə başlanılmasına çağırıb və deyib ki, işlərin ləngiməsi abidəyə özünün mənfi təsirini göstərir.

Q.Paşayeva, həmçinin, Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzinin, Abulbəyli kənd Mədəniyyət Mərkəzinin yarımçıq qalmış təmir-bərpa işlərinin tamamlanması üçün gələn ilin büdcəsindən vəsait ayrılmasını istəyib. O deyib ki, təmir-bərpa işlərinin yarımçıq qalması görülmüş işlərə də ciddi ziyan vurur və təcili şəkildə Abulbəyli kənd Mədəniyyət Mərkəzinin təmirinin başa çatdırılmasına ciddi ehtiyac var.

Təhsil ayrılan vəsaitin artmasının məmnunluq yaratdığını deyən millət vəkili Tovuzda məktəblərin tikintisinə ciddi ehtiyac olduğunu vurğulayıb:

“Mənim millət vəkili seçildiyim dairədəki məktəblərin bir çoxu normal tədris üçün yararlı deyil. O məktəblərin bəzilərinin ciddi təmirinə, bəzilərinin yerində yeni məktəb binasının, bəzi kəndlərdə isə yeni məktəbin tikintisinə böyük ehtiyac var. Mən təhsil işçilərinin valideyn və şagirdlərin çağırışını burada səsləndirərək Tovuz rayonunda məktəblərin tikintisinin və təmirinin sürətlənməsi üçün daha çox vəsaitin ayrılmasına, müvafiq qurumları qısa zamanda bu istiqamətdə daha çox işlər görməyə çağırıram”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR