Slimfit
  1. DÜNYA

Serebral palsi xəstəsi olan qız qışqırığı ilə həyat xilas etdi

Serebral palsi xəstəsi olan qız qışqırığı ilə həyat xilas etdi
Sakura

Kanadada baş verən hadisə dünyada böyük əks-sədaya səbəb olub

Kanadada baş verən hadisə dünyada böyük əks-sədaya səbəb olub. Hər kəsin tüklərini ürpərdən hadisə qısa müddətdə sosial şəbəkədə yayılıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın yeni Şotlandiya ərazisində yaşayan bir ailə 9 yaşlı qızlarının doğum günü mərasimini keçirib. Serebral palsi xəstəsi olan 9 yaşlı Leksie nə danışa bilir, nə də yeriyə bilir. Amma bu, onun kiçik qardaşını xilas etməsinə mane olmayıb.

 

Leksie və kiçik qardaşı qonaq otağında tək qaldığı zaman 18 aylıq körpə qapıdan çıxıb və həyətdəki hovuza düşüb. Əlil arabasında oturan Leksi hadisənin şahidi olub. Hadisəni anasına və nənəsinə xəbər vermək istəyən Leksi o günə qədər heç olmayan şəkildə var gücü ilə qışqırıb. Bunun nəticəsində Leksi kiçik qardaşının həyaatını xilas edib.

Leksinin anası “qızıma hər gün bunun üçün təşəkkür edirəm. Bir neçə saniyə geciksək, nələr ola biləcəyini xəyal belə edə bilmirəm” deyib.

Polislər tərəfindən qəhrəman elan olunan qız medalla mükafatlandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR