Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Sərdar Səfərov Mədət oğlu

Sərdar Səfərov Mədət oğlu
Sakura

DOĞUM TARİXİ: 12/08/1960 VƏFAT TARİXİ: 25/09/1991

12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda doğulmuşdur. 1977-ci ildə orta məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979-cu ildə hərbi xidmətə getmişdir. Hərbi xidməti Ermənistan və Gürcüstan respublikalarında keçmişdir. O, 1981-ci ildə ordudan təxris olunur. 1982-ci ildə Bakı Avtomobil Zavoduna işə düzəlir. Bir müddət burada çalışır. Daxili işlər orqanlarında işləmək arzusu onu Tula vilayətinə aparır. O, Zaoks rayonunda  3 il Daxili İşlər Şöbəsinin mühafizə bölməsində milis nəfəri kimi xidmət edir. Təhsilini davam etdirmək üçün xidmət etdiyi şöbədən keçmiş SSRİ DİN-nin Kaunas Xüsusi Milis Məktəbinə göndərilir. 1987-ci ildə təhsilini başa vurub, köhnə iş yerinə qayıdır. Nümunəvi milis işçisi olduğunu nəzərə alaraq, onu sahə müvəkkili vəzifəsinə irəli çəkirlər. Gecə-gündüz qəlbi Vətənlə idi. Elə buna görə də Azərbaycana qayıdır. 1991-ci ildən Qusar rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi xidmətini davam etdirir.

1991-ci il sentyabrın 25-də erməni terrorçuları Əsgəran rayonunun ərazisində “QAZ-53” markalı sərnişin avtobusuna hücum etmişdilər. Köməyə gələn istintaq qrupunun tərkibində baş leytenant S.Səfərov da var idi. Onun istintaq qrupunda müstəntiq işləməsi barədə təzəcə sərəncam verilmişdi. Hadisə yerindən qayıdan istintaq qrupunun üzvləri Xankəndi yaxınlığındakı “Ağa körpüsü”ndə erməni yaraqlılarının təcavüzünə məruz qaldılar. Sərdar Səfərov yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak oldu.

Ailəli idi. Ölümündən 3 ay sonra bir qızı dünyaya gəlmişdir.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə mayor Sərdar Mədəd oğlu Səfərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Kəlbəcər rayonunda dəfn edilmişdir.

Adına Kəlbəcər şəhərində küçə var.

Doğulduğu rayon hazırda erməni tapdağı altındadır.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR