Dərc edildi: Baxış sayı: 451
Serb məşqçi AFFA-nın təklifini rədd etdi
AFFA-nın rəsmən təklif göndərdiyi Milan Obradoviç 21 yaşadək futbolçulardan ibarət yığmamızı çalışdırmaqdan imtina edib.
Qol.az-ın Serbiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Serbiya millisinin baş məşqçisi Mladen Krstaiç məlumat verib. O, hazırda millidə köməkçisi olan Obradoviçin AFFA-nın təklifini geri çevirdiyini bildirib:
"Artıq bu məsələ bağlanıb. Milan Obradoviç heç bir yerə getməyəcək. Düzdür, o, təklif almışdı, amma bundan imtina etdi. Hazırda Serbiya millisində çalışır və onun yerinə başqasının gətirilməsini tələb etmək lazım deyil".
Qeyd edək ki, AFFA bir neçə gün öncə Obradoviçin U-21 millimizə əsas namizədlərdən biri olduğunu açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət