Slimfit
  1. HƏRB

Separatçılar Bakının şərtlərini qəbul etdi

Separatçılar Bakının şərtlərini qəbul etdi
Sakura

Separatçılar Bakının şərtlərini qəbul etdi

Qarabağdakı separatçılar Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar yüklərin Laçın və Ağdam-Xankəndi yolları ilə paralel daşınması təklifini qəbul etməyə razılaşıblar.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, yüklər BQXK-nın nəqliyyatı ilə daşınacaq.

Maraqlı məqam bundan ibarətdir ki, bu barədə razılaşma hələ sentyabr ayının 1-də əldə olunmuşdu. Lakin Qarabağdakı separatçı rejim öz havadarlarına arxalanaraq, bu razılaşmanın həyata keçirilməsini gecikdirdi. Qondarma rejim müxtəlif vasitələrə əl ataraq, şoular göstərərək yüklərin keçidini 16 gün yubatdı.

Amma sonda separatçıların və onların havadarı qismində çıxış edən güclərin, siyasi dairələrin istəklərinin əleyhinə olaraq, yalnız və yalnız Azərbaycanın prinsipial mövqeyi, milli marağı qəbul edildi. Qarabağdakı separatçılardan alət kimi istifadə edərək regionda öz maraqlarını təmin etməyə çalışan ABŞ kimi dövlətlər, Qərb siyasi dairələri görəsən indi heç xəcalət çəkirlərmi?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR