Slimfit
  1. CƏMİYYƏT

Sentyabrın ilk gününün havası

Sentyabrın ilk gününün havası
Sakura

Sentyabrın ilk gününün havası

1 sentyabra gözlənilən hava şəraiti açıqlanıb.

Ens.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə 1 sentyabrda Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz  28-33,  Bakıda  gecə 21-23, gündüz  31-33 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

1 sentyabrda  Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam  bəzi dağlıq ərzilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR