Slimfit
  1. CƏMİYYƏT

Sentyabrın 15-dən sonra kirayə mənzil bazarında qiymətlərin artımı gözlənilirmi? - Ekspertdən açıqlama

Sentyabrın 15-dən sonra kirayə mənzil bazarında qiymətlərin artımı gözlənilirmi? - Ekspertdən açıqlama
Sakura

Sentyabrın 15-dən sonra kirayə mənzil bazarında qiymətlərin artımı gözlənilirmi? - Ekspertdən açıqlama

Oktyabrın 1-də ali təhsil müəssisələrində dərslərin birinci kurslar üçün ənənəvi şəkildə keçirilməsi gözlənilir. Dərslərin başlaması kirayə mənzillərə ehiyacı artırır. Sentyabrın 15-dən sonra kirayə mənzil bazarında qiymətlərin artımı gözlənilirmi?

Ens.az xəbər verir ki, bununla bağlı KONKRET.az-ın sualını cavalandıran “Əmlak Ekspert Mərkəzi” MMC-nin direktoru Ramil Osmanlı bildirib ki, əmlak bazarında qiymətin dəyişməsi üçün çox ciddi iqtisadi hızlandırma mövcud olmalıdır:

“Xüsusilə də makroiqtisadi sabitliyin təmin olunması, dövlətin iqtisadiyyatın ayrı-ayrı sahələrinə investisiya qoyulması mütləq şəkildə təmin olunmalıdır. Yəni Azərbaycanda bir neçə bazar iştirakçısı daşınmaz əmlak bazarında vəziyyəti qismən də olsa tənzimləyə bilir. Tam şəkildə mümkün deyil. Bazar iştirakçıları daha çox dövlətə bağlı yəni İpoteka və Kredit Zəmanət Fondu, Mənzil İnşaatı Dövlət Agentliyi kimi kimi qurumlardır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan bazarının ümumi tutumu bu qurumların həyata keçirdiyi ümumi iqtisadi proseslərdən dəfələrlə artıqdır. Alqı-satqı əməliyyatların cəmi 10-15 faizini ipoteka kreditləri təşkil edir. Qalan hissəsini isə digər istiqamətlər müəyyənləşdirir. Bu ilki mənzil bazarında müəyyən çökmələr var. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatında investisiya qoyuluşunun bərpa olunmasına ehtiyac var. Bu il bunu gözləmək düzgün olmaz. Yəqin ki, bu ilin sonuna kimi ən yaxşı halda biz bazarın mənfidən sıfıra, yəni sabitləşməsinin şahidi ola bilərik”.

Ramil Osmanlı fikrini belə tamamlayıb:

“O ki, qaldı kirayə mənzil bazarına, bu məsələdə Azərbaycanda tendensiya ondan ibarətdir ki, bazar təklif bazarının həcmi daraldıqca tələb artır, daha çox qiymət dəyişimləri baş verir. Bu daha çox iki tendensiya ilə bağlı məsələdir.Tələbin artması daha çox tədrisin başlaması dövründə baş verir. Bu proses hesab edirəm ki, bu il oktyabrın ortalarında baş verəcək. O vaxta qədər meyllər baş verəcək. Müraciət artdıqca qiymət artımı müşahidə ediləcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR