Slimfit
  1. AZƏRBAYCAN

Sentyabrda bir sıra bank kredit faizlərinə yenidən baxıb

Sentyabrda bir sıra bank kredit faizlərinə yenidən baxıb
Sakura

Sentyabrda bir sıra bank kredit faizlərinə yenidən baxıb

Cari ilin sentyabr ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib.

Report”un araşdırmasına əsasən, ötən ay “Accessbank”da nağd kredit üzrə faiz dərəcəsi 20%-dən 19%-ə, “Azərbaycan Beynəlxalq Bankı”nda 23-26%-dən 20-24%-ə düşürülüb. Sonuncu həm də pensiya kreditləri üzrə faiz dərəcəsini 23-27%-dən 20-24%-ə salıb.

“Bank Respublika”da təhsil krediti üzrə faiz dərəcəsi 16%-dən 20%-ə kimi artırılıb.

Hesabat ayında “Bank VTB Azərbaycan” təhsil kreditlərinin verilməsini dayandıraraq, daxili vəsaitlər hesabına ipoteka kreditləşməsinə start verib.

Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “Turanbank” və “Xalq Bank”dadır,

Avtomobil kreditləri – “NBC Bank”

Təmir kreditləri – “Bank Nikoil”

Lombard kreditləri – “Amrahbank”

Mikro kreditlər – “Bank Respublika”

Kiçik və orta biznes kreditləri – “AG Bank”  

Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR