Dərc edildi: Baxış sayı: 1583
Sənsizlik
Sənsizlik elə zərbə vurub ki,
Çətin bir daha toparlanam mən
Yanmış, qurumuş bir budağam ki,
Sanma ki, bir daha çiçəkləyəm mən.
Sən elə getdin ki, izin qalmadı.
Bircə təsəlliyçün rəsmin qalmadı
Özünlə birlikdə alıb apardın,
Baxıb düşünməyə bir şey qalmadı.
Parkda, küçədə, geniş meydanda,
Səni axtarıram, külli cahanda.
Dolaşıb hər yerə nəzər salıram
Özümü odlara, suya atıram.
İlahi nə edim, necə yaşayım?
Belə yaşamağa yoxdur ilhamım.
Bitib gözlərimdə həyat inamım
Artıq yola çıxıb ömür qatarım.
Vaxtsız yaşlanıram, bükülür belim .
Dərd-sərim tükənmir qarışıb beynim
Görəsən nə olacaq mənim taleyim?
Sənsizlik əbədi qismətim mənim.
Əyyub Məmmədov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət