Slimfit
  1. İQTİSADİYYAT

Səni sevən avtomobil artıq Azərbaycanda!

Səni sevən avtomobil artıq Azərbaycanda!
Sakura

Səni sevən avtomobil artıq Azərbaycanda!

 

Fərqli, qürurlu, xarakterli, xüsusi və olduğu hər yerdə sevilməyi bacaran avtomobil.

Tam yeni dizayn, tam yeni texnologiyalar və tam yeni ruhu ilə qarşınızda - Tam Yeni Sonata!

Çağdaş dünyada avtomobil artıq sadəcə nəqliyyat vasitəsi deyil. Biz artıq onlara etibar etməyi öyrənmişik. Onlar o qədər təkmilləşiblər ki, bizə bir çox anlarda yardımçı olur, hətta düzgün yol belə göstərə bilirlər. Onlar bizim ehtiyaclarımızı hiss edir və ən lazımi anda müdaxilə edə bilirlər. Beləliklə, həyatımızın mühüm bir parçasına çevrilir və bizim sevgimizi qazanırlar. Bəs onlar necə, bizi sevirlərmi?

Əlbəttə avotomobillər canlı deyillər. Onların hissləri yoxdur. Onlar sevə bilməzlər. Amma Tam Yeni Sonata fərqlidir. O, canlıdır. Onun ruhu var. O, insanı sevir. O, insana qibtə edir. Çünki insan ən ali və ən mükəmməl varlıqdır. O, insana xidmət etmək üçün yaradıldığını bilir və işini sevərək görür.

Cənubi Koreya istehsalçısı əfsanəvi və ən sevilən sedan modellərindən biri olan Sonatanı bu dəfə fərqli yaratdı. Ən son texnologiyalar, yeniliklər, sürücü və sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün baş sındıran dahi mühəndislər, Sonatanın hər bir detalında xüsusilik və keyfiyyət ünsürlərini birləşdirməyi bacarıblar.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də Sonata modelinə xüsusi rəğbət və sevgi var. Bu sevgi və rəğbətin səbəbi keyfiyyət, dözümlülük, təhlükəsizlik və gözəllik məfhumlarının Sonatada birləşməsidir. Tam Yeni Sonata isə artıq sələflərindən daha dayanıqlı, daha dinamik, daha gözəl və daha fərqlidir. Həm özünün, həm də yuxarı seqmentinin heç bir modelinə güzəşt etməyən Tam Yeni Sonata, fərqlilik, xüsusilik, seçilmək və sevilmək kimi insan ehtiyaclarının təminatçısı olacağına əmindir.

Artıq Tam Yeni Sonata Hyundai Otoplaza rəsmi diler mərkəzində 54900 AZN-dən başlayan qiymətlərlə satışa təqdim edilib.

 

Mənbə: Trend.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR