Slimfit
  1. DÜNYA

Şengen: Avropada səyahəti dəyişdirən kənd

Şengen: Avropada səyahəti dəyişdirən kənd
Sakura

Bir çox Avropa ölkəsi arasında sərbəst səyahəti nəzərdə tutan Şengen müqaviləsi Lüksemburqun cənub-şərqindəki…

Bir çox Avropa ölkəsi arasında sərbəst səyahəti nəzərdə tutan Şengen müqaviləsi Lüksemburqun cənub-şərqindəki kiçik bir kənddə imzalanıb.

Müqavilə üçün niyə bu ərazi seçilmişdi?

Lüksemburq kiçik ölkədir. Onun bir başından digər başına avtomobillə bir saata çatmaq olar.

Fransa, Almaniya və Belçika ilə həmsərhəddir.

1985-ci ildə imzalanan Şengen razılaşması Avropada səyahəti köklü bir şəkildə dəyişdirdi və bu gün də dəyişdirməyə davam edir.

Avropa İttifaqını (Aİ) quran ölkələrdən olduğu üçün, Brüssel və Strasburqla yanaşı Lüksemburq Aİ-nin inzibati işlərinin həyata keçirildiyi üç paytaxtdan biridir.

Lüksemburq, Fransa və Almaniya kimi iki nəhəng dövlət arasında konstitusiyalı monarxiyadır.

Ölkə sadəcə təbii gözəlliyi ilə deyil tarixi ilə də diqqəti çəkir.

Lüksemburqun UNESCO siyahısına daxil edilən qülləsi, qədim şəhər mərkəzi, muzeyləri və abidələri, restoranları, sürətlə inkişaf edən şərab sənayesi, pendir və xəmir məmulatları turistləri özünə cəlb edir.

1985-ci ildə imzalanan Şengen müqaviləsi bu sənədi imzalayan ölkələr arasında sərbəst hərəkət hüququnu təmin edir.

Tarixi şəhərdəki Moselle Vadisindəki eyni adlı çay Lüksemburq ilə Almaniya arasında sərhəd xəttini müəyyən edir.

Kiçik kənd və qəsəbələrin səpələndiyi bu vadi şərab istehsalında mühüm bir yerə sahibdir.

Müqavilənin tarixi

Şengen, Moselle çayının qərb tərəfində yerləşir.

520 əhalisi olan bu kənd Avropada səyahəti dəyişdirən bir yerdir.

14 iyun 1985-ci ildə Belçika, Fransa, Qərbi Almaniya və Hollandiyanın imzaladığı bu razılaşma ilə bu ölkələr arasında sərbəst səyahət imkanı təsbit olunub.

1985-ci ildə beş ölkənin təmsilçiləri Şengen müqaviləsini imzalayırlar

XX əsrin ikinci yarısı Avropa ölkələri arasında ittifaq və əks-ittifaqlar yaradan razılaşmalarla doludur.

1944-cü ildə Belçika, Hollandiya və Lüksemburq Benilüksü quraraq gömrüksüz ticarəti təsis ediblər.

1957-ci ildə Roma Müqaviləsiylə bu 3 ölkəyə Qərbi Almaniya, Fransa və İtaliya qoşulub. Bununla da bügünki Aİ-nin təməli olan Avropa İqtisadi Birliyi(AİB) yaradılıb.

1980-ci illərin əvvəllərində cəmi 10 AİB ölkəsi vardı və onların arasında çevik sərhəd nəzarəti məsələsi dururdu. Gömrük nəzarəti olmadan ölkələr arasında keçid o dövr üçün utopiya kimi qəbul edilirdi.

Lakin AİB ölkələrindən beşi (Belçika, Hollandiya, Lüksemburq, Fransa və Qərbi Almaniya) ticarət məhsullarının və insanların sərbəst hərəkətini təmin edəcək Şengen müqaviləsi ilə bunu həyata keçirməyə hazır idi.

Niyə Şengen?

O dövrdə AİB-ə başçılıq edən Lüksemburq bu müqavilənin imzalanacağı ərazini müəyyən etmək səlahiyyətinə sahib idi.

Fransa, Almaniya və Benilüks ölkələri ortaq sərhəddə sahib olduğu vahid ərazi - Şengenə üstünlük verdilər.

5 ölkənin təmsilçisi bir səyahət gəmisinə minib Moselle çayında, 3 sərhədin kəsişdiyi nöqtədə müqaviləni imzaladı.

O vaxtlar Şengen razılaşması nə çox dəstəkləndi, nə də diqqəti cəlb etdi. Müqaviləni imzalayan ölkələr belə yuxarı səviyyəli təmsilçisini göndərməmişdi.

Bu ölkələr arasında sözün tam mənasıyla gömrüksüz keçidlərin tətbiqi 1995-ci ildə baş tutub.

Şengen Müqaviləsi 1985

Bu günkü Şengen ərazisi

Bu gün Şengen ərazisi 26 ölkəni əhatə edir.

Bunlardan 22-si Aİ üzvüdür: Almaniya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Polşa, Portuqaliya, Slovakiya, Yunanıstan.

Aİ-nin üzvü olmayan İsveçrə, İslandiya, Norveç, Lixtenşteyn də Şengen ölkələrinə daxildir.

Bu gün də Şengen sazişini tənqid edənlər var.

Xüsusilə "qaçqın böhranı" və 2015-ci ildə Parisdə baş verən terror aktları bu müqaviləyə qarşı yeni cəbhə yaradıb.

Yeni ölkələrin müqaviləyə qoşulmasında siyasət mühüm rol oynayır.

Məsələn, Bolqarıstan və Rumıniyanın qoşulmaq tələbləri dəfələrlə rədd edilib.

Şengen ərazisinə son qoşulan ölkə 2011-ci ildə Lixtenşteyn olub. Lakin bir çox insan üçün Şengen Müqaviləsinin üstünlükləri mənfi cəhətlərindən çoxdur.

Ərazidə yaşayan 400 milyon insan sərbəst səyahət etmək hüququndan faydalanır.

Aİ üzvü olmayan ölkələrin vətəndaşları da 90 günlük Şengen vizası ilə zonaya daxil olan bütün ölkələrə səyahət edə bilərlər.

Şengendəki Avropa Muzeyi razılaşmadan əvvəlki dövrlə bağlı kifayət qədər material nümayiş etdirir.

Bu kiçik kənddə, Moselle çayında, ətrafı əhatə edən təpələrdə gəzmək və ya velosiped səyahətinə çıxmaq, vadiyə məxsus şərablardan dadmaq olar…

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR