Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sən demə, sağlam qalmaq üçün addımlamaq bəs imiş - Neçə addım?

Sən demə, sağlam qalmaq üçün addımlamaq bəs imiş - Neçə addım?
Sakura

Sən demə, sağlam qalmaq üçün addımlamaq bəs imiş - Neçə addım?

Öz sağlamlığının qeydinə qalan hər bir şəxs gün ərzində 10 min addım atmalıdır.

Trend-in məlumatına görə, bunu Rusiya Səhiyyə Nazirliyinin əməkdaşı, tibb elmləri doktoru Olqa Tkaçyova deyib.

Onun sözlərinə görə, insan fiziki aktivliyə əməl etməlidir:

 

“Sağlam qalmaq üçün insan gündə 10 min addım atmalı, 40 dəqiqə sürətli gəzintiyə ayırmalı, heç olmasa həftədə iki dəfə üzməli və ya velosiped sürməlidir”.

Mütəxəssis əlavə edib ki, 60 yaşdan sonra aktiv həyat sürmək üçün zərərli vərdişlərdən – siqaret çəkmək və spirtli içkiləri həddən çox içmək – imtina etmək lazımdır.

O, şirin və duzlu yeməkləri də çox yeməməyi məsləhət görüb.

Mənbə:Trend.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR