Slimfit
  1. İDMAN

Şəmsəddin Abbasovdan millinin kapitanına sərt sözlər: “Pis alındı, Maksim, çox pis alındı”

Şəmsəddin Abbasovdan millinin kapitanına sərt sözlər: “Pis alındı, Maksim, çox pis alındı”
Sakura

Şəmsəddin Abbasovdan millinin kapitanına sərt sözlər: “Pis alındı, Maksim, çox pis alındı”

Gündəlik olaraq baş verən qəzalar zamanı bir çox travmalar meydana gəlir. Onların içərisində ən çox rast gəlinən və daha çox təhlükə yaradan kəllə-beyin travmalarıdır. Birbaşa həyati təhlükə yaradan bu travmalar zamanı təcili olaraq tədbir görülməsi tələb olunur.

Ens.Az e-tibb.az-a istinadən bildirir ki, tanınmış neyrocərrah Vüqar Mirzəliyev bu travmalardan qorunmaq, riskləri azaltmaq üçün bir sıra tövsiyələrini açıqlayıb.

Həkim bildirib ki, hər hansı bir zərbə və ya qəza nəticəsində kəllə-beyin travması yarana bilər. Travma sonrası, travma almış şəxs qəzanın necə olduğunu, əvvəli və sonrasını xatırlamırsa, yuxuludur və ya oyandırıla bilmirsə, həyatı risk altında ola bilər:

"Travmalar, beyində ciddi yaralanmalar nəticəsində qalıcı izlər buraxa bilər. Zamanında və doğru müdaxilə, xəstənin həyatını qurtara bilər.

Kəllə-beyin travmaları, əlilliyə səbəb ola bilən və uzun müddət baxıma ehtyac olan vəziyyətlərə yol aça bilər. Kəllə-beyin travmaları ehtimalını azaltmaq üçün hər hansı bir iş görərkən ya da idman edərkən ehtiyatlı davranmaq lazımdır. Məsələn, motosiklet, velosiped ya da ata minərkən mütləq başa kaska taxılmalıdır. Avtomobil qəzalarında travma riskini azaltmanın ən önəmli yolu isə, qoruyucu kəmər taxmaqdır".

Həkimin sözlərinə görə, başa dəyən zərbə nəticəsində dərinin zədələnməsi, beyin əzilməsi, beyinə qan yığılması, kəllə sümüyü sınıqları yarana bilər: "Başa olan çox yüngül bir zərbə belə bəzən çox ağrılı ola bilər. Çünki üz və kəllə dərisi bədənin digər nahiyələrinə nisbətən daha həssasdır. Başın dərisində çoxlu qan damarı olduğundan kiçik bir kəsikdən böyük miqdarda qanama meydana gələ bilər. Zərbə nəticəsində dərinin tamlığı pozulmasa, qan dəri altına yığılaraq şişkinliyə səbəb ola bilər".

Neyrocərrah vurğulayıb ki, travma alan şəxs ən qısa zamanda xəstəxanaya çatdırılmalıdır: "Tələsən zaman pasiyentə daha çox zərər verməmək üçün mövcud pozisiyası mümkün qədər qorunmalıdır. Xəstəxanada kəllə-beyin travması almış şəxs neyrocərrah tərəfindən dəyərləndirilməli və lazımi müayinələr olunmalıdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR