Şəmkirdə keçirilən əmək yarmarkasında 98 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəmkirdə əmək yarmarkası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkada 11-i özəl olmaqla, 20 müəssisə iştirak edib. 500-ə yaxın iş axtarana 350 boş iş yeri təqdim olunub. Həmin yerlərdən 51-i özəl, 299-u isə dövlət müəssisələrinin payına düşüb. Boş iş yerləri üzrə minimum əmək haqqı 140, maksimum isə 1007 manat təşkil edib.
Yarmarkada iştirak edənlərdən 98 nəfərə müxtəlif sahələrdə işlə təmin olunmaları üçün göndərişlər verilib. Səkkiz nəfər peşə hazırlıq kurslarına cəlb olunub, 12 nəfər isə ictimai işlərlə təmin edilməsi üçün qeydiyyata alınıb.
Şəmkir Rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi Rauf Məmmədov bildirib ki, bu ilin geridə qalan ayları ərzində mərkəzə 1269 nəfər müraciət edib. Onlardan 375 nəfəri işlə təmin olunub. 22 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət