Slimfit
  1. GÜNDƏM

Səməni üçün 26 314 manat ödənilib...

Səməni üçün 26 314 manat ödənilib...
Sakura

Səməni üçün 26 314 manat ödənilib...

Azərbaycanın başına gələn koronavirus epidemiyası həyatımıza ciddi korrektələr etdi, o cümlədən ümumxalq bayramların kütləvi qeyd edilməsi ləğv edildi.

Bunlardan birincisi, dövlət strukturlarının hər il yüz minlərlə büdcə vəsaiti xərclədiyi Novruz bayramı oldu.

Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) açıq tender elan edərək yanvar ayının sonundan etibarən İçərişəhərin qala qapılarında festivala hazırlaşırdı.

Dövlət satınalmalarının vahid elektron reyestrinə əsasən, fevralin 28-də "Sintra-L" MMC martın 19-29-da keçiriləcək bayram tədbirlərinin təşkili üzrə tenderin qalibi elan edilib. Şirkət öz işini 218 min manata (128,2 min dollar) qiymətləndirib. Lakin sonra “İçərişəhər” DTMQİ “hökumətin operativ qərərgahının pandemiya dövründə kütləvi-mədəni tədbirlərin məhdudlaşdırılması ilə bağlı tövsiyyələrini nəzərə alaraq” ənənəvi Novruz tədbirinin ləğv edildiyini açıqladı.

Lakin məlum olub ki, “İçərişəhər” DTMQİ “Sintra-L” MMC-ə müəyyən məbləğ ödəyib. Qurumun tender komissiyasının 22 aprel tarixli növbəti məlumatında qeyd olunur ki, şirkətə səməni alınması və quraşdırılması üçün 26 314 min manat (15,4 min dollar) ödənilib. Tərəflər arasında müvafiq müqavilə martın 2-də - “Sintra-L” MMC qalib elan ediləndən sonra istirahət günlərində imzalanıb.

Bakıda Novruz şəhər İcra Hakimiyyətinin vəsaitləri hesabına keçirilir.

Dövlət satınalmaları reyestrinə əsasən, şəhər hakimiyyəti “Elcom” MMC-yə paytaxtın seçilmiş ərazilərinin bayram bəzəyi üçün 132 158 manat (77,7 min dollar) ödəyib.

Səməni (cücərmiş buğda) Novruzun ayrılmaz hissəsidir. Bu bayramda səməni masanın və evin bəzəyidir.

Mənbə: turan.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR