Slimfit
  1. AZƏRBAYCAN

Səməd Seyidov: "AŞPA-nın üzv ölkələri arasında barışıq komissiyaları yaradılmalıdır"

Səməd Seyidov: "AŞPA-nın üzv ölkələri arasında barışıq komissiyaları yaradılmalıdır"
Sakura

Səməd Seyidov: "AŞPA-nın üzv ölkələri arasında barışıq komissiyaları yaradılmalıdır"

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komissiyalarının tərkibində dəyişiklik edilməlidir". 

Report”un Qərbi Avropa bürosu xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun payız sessiyasında “Assambleyanın hakimiyyət və səsverməyə dair qərarvermə səlahiyyətlərinin gücləndirilməsi“ məruzəsinin müzakirəsi zamanı bildirib. 

Onun sözlərinə görə, Avropa Şurası dəyərlərini dəyişməlidir: "Bu gün məruzənin müzakirəsi zamanı fikir ayrılıqları müşahidə edirik. Bu baxımdan gələcəyimiz, bundan sonra yürüdəcəyimiz siyasətimiz üzərində dərindən düşünməliyik. Qanunvericiliyimizi dəyişmək çıxış yolu deyil, Avropa Şurası dəyərlərini dəyişməlidir. Tolerantlıq hörmətlə əvəz edilməlidir. Avropa Şurasına üzv dövlətlər bir-birilərinə daha çox hörmət etməyə çalışmalıdır. Biz qanunvericiliyə dəyişikliklə kifayətlənməməliyik. AŞPA-nın komissiyalarında, komissiyaların tərkiblərində dəyişiklik edilməlidir. AŞPA-da üzv ölkələr arasında barışıq komissiyalarının yaradılmasına ehtiyac var. Çünki üzv dövlətlər yığışıb müzakirələr aparır, lakin bir sıra üzv dövlətlər, habelə Ukrayna, Gürcüstan, Moldova digər üzv dövlətlə mübahisəli məsələsini həll etməyə nail olmayıb. Eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki münaqişə həll olunmamış qalıb".

Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR