Slimfit
  1. ƏDƏBİYYAT

Səməd Mənsur - Dayının bacıoğluya cavabı

Səməd Mənsur - Dayının bacıoğluya cavabı
Sakura

Səməd Mənsur - Dayının bacıoğluya cavabı

Bacıoğlu, a qınşmal, bu nə sözdür, nə kelək? 
Aramızda a gədə, “sən” nə demək, “mən” nə demək? 
“Bu sənin, o biri mənim” yazdığını anlamadım. 
Sərhədindən dışan sən deyəsən atdın addım.
Mən dayı, sən bacıoğlu, sən uşaq, mən yekəyəm,
Sən bir ovlaq kimi şeysən süriidə, mən tekəyəm.
Görünür boşdu başın, yoxdu sənin mərifətin, 
“Bölüşək” nə? A ədəbsiz, gicişir yoxsa ətin?
Naəlac oldum əzəldən sənə tapşırdım işi:
Çaşaraq yoxsa sanırsan özünü sən də kişi?
Sənə verdim kabinet, avtomobil, portfeli,
Əqlini aldı başından səni lap etdi deli.
“Mən”, “mənim” bir de desən, bax kəsərəm lap dilini, 
Bir də dinsən verərəm qoltuğuna zənbilini.
Əbləh oğlu, səni qoydum ora huşyar olasan,
Tutasan göz qabağın, bir uca divar olasan.
Arxada mən işimi sazlayım, əncama salım,
Azəri türklərini qafil edib damə sahm.
Əbləhanə bu xəyalatı başından uzaq et!
Gecə ye bozbaşını, iç çayını, get işə yat!
Yer mənim, neft mənim, kənd ilə xırman da mənim. 
Qəsəbə, şəhr mənim, bağ ilə gülşən də mənim. 
Ortağım yoxdu dənizdə, qunıda, dağ-daşda,
Bir özün yaxşı düşün, var isə ağlın başda?
Sən özün, varü-yoxun, əhlü-əyalın da mənim,
Baxışın, tərpənişin, fıkrii xeyalın da menim.
Adə russan? Malorus, ermənisən? Sarsaq adam,
Səni millət sanaraq qeydinə bir zərrə qalam?
Sən unutma ki, mənim bəndeyi-fərmanımsan!
Əmrimə etsən itaət, gözəl oğlanımsan!
Sözümə baxmasan, onda çəkərəm Moskvaya!
Səni də bənd edərəm adı göriinməz yuvaya.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR