Slimfit
  1. ƏDƏBİYYAT

Səməd Mənsur - Bacıoğlunun dayıya ərizəsi

Səməd Mənsur - Bacıoğlunun dayıya ərizəsi
Sakura

Səməd Mənsur - Bacıoğlunun dayıya ərizəsi

Ay dayı, gəl bölüşək hər nə ki var vəlvələsiz,
Mən cəsarətsiz uşaq, sən kələmərd, hövsələsiz.
Yer mənim, lehmə mənim, vışka mənim, neft sənin, 
Beləliklə, düzələr müşkül işi hər kəsənin.
Menim olsun sulan, çaylan bu dəryanm,
Balığı, ikrası olsun a dayı, qurbanm.
Muğanın çölləri, səhrası mənim, arxı mənim,
Pambığı al sənin olsun, kim olar söz deyənim.
O dəmir yollannın altı mənim, üstü sənin.
Yük vaqonlan, klaslar, paravoz, tüstü sənin.
Varidatı sənin olsun, buna yoxdur sözümüz.
Poçtu da, gömriikü də al, veririk lap özümüz 
Qoy Böyük şor duzu qalsın bizə bozbaş yeməyə, 
Dilimiz olsun Azərbaycana bir söz deməyə.
Nə qədər misü-dəmir var, sənin olsun, nə sözüm!
Nə dənizdə, nə qıraqda əbəda yoxdu gözüm! 
Əmri-fərman sənin olsun, onun icrası mənim,
Hər şeyin nəfi sənin, davası, qovğası mənim.
Can dayı, səndən ufaq bir diləyim var mənim.
Mən ölüm sanma ki, başqa kələyim var mənim.
Mənə bir avtomobil, bir gözəl ev, bir kabinet,
Ver ki, daim eləyim əmrinə qul tək xidmət.
Bizim el qorxma yatıbdır, yeri rahatdır ona 
Ona gəl dəyməyinen, bir yekə minnətdir ona.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR