Slimfit
  1. BİOQRAFİYA

Səməd Mənsur

Səməd Mənsur
Sakura

Səməd Mənsur - şair və teatr xadimi

Səməd Mənsur (tam adı: Səməd Hacı Əhməd oğlu Kazımov; 31 yanvar 1879 – 3 yanvar 1927 ) — şair və teatr xadimi.

Səməd Mənsur Kazımov 1879-cu ildə Bakıda anadan olmuş, ilk təhsilini rus-müsəlman məktəbində almış, sonralar davamlı mütaliə ilə biliyini artırmışdır. O 1907-ci ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü olmuş, teatr işlərində fəal iştirak etmişdir. Səməd Mənsur 1905-ci ildən sonra şeirləri ilə mətbuatda çıxış etmiş, 1918-ci ildə "Şeypur" jurnalında baş mühərrir olmuş, "Molla Nəsrəddin"də ədəbi parçalar, "Bəsirət" və "Tuti"də şeirlər çap etdirirmiş, xırda pyeslər yazmışdır. Şəmsəddin Sami bəyin "Gavəyi-Ahəngər" əsərini təbdil etmişdir. Bu əsər uzun illər səhnədən düşməmişdir. Səməd Mənsur ömrünün axırlarında Xalq Komissarları Sovetində ümumi idarə müdiri vəzifəsində çalışmışdır. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat etmişdir.

Səməd Mənsurun şairlik fəaliyyəti iki xətt ilə davam etmişdir. Birincisi satira, ikincisi romantika. Satirik şeirlərində şair Sabir yolunu tutaraq ictimai xəstəlikləri, köhnə münasibətləri qamçılamağa çalışmışdır. "İçkilər, oflar", "Ey həkim", "Qarabağlı", "Qələmim"4 belə şeirlərdəndir. Şəməd Mənsur satiralarında klassik şeirin təsvir vasitələrindən məharətlə istifadə etmişdir. Qəzəl ədəbiyyatında zəriflik, incəlik üçün işlədilən təşbih və sifətləri həcv şeirinə salmaqla satiranın məlahətini bir qədər də artırmışdır. Füzulinin çox məhzun və mütəəssir bir lirika ilə yazdığı məşhur "Ey həkim" rədifli qəzəli vardır. Burada aşiq həkimə müraciətlə eşq dərdindən şikayət edir:

Eşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim!
Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!

Səməd Mənsur isə ayrı münasibətlə həkimə müraciət edir. O, Bakıda yoxsulluq, pulsuzluq ucbatından həkimə gedə bilməyən xəstələrin şikayətini qələmə almışdır. İnsafsız və pulpərəst həkimlər belə xəstələri qapıdan qovurdular. Şair həmin xəstələrin dilindən yazır:

Nə cibimdə parə, nə evdə çörək var, ey həkim!
Nəbzimi bihudə sıxma, çəkmə azar, eyhəkim!
Ət yemək pəhrizini əmr etmə kim bazardə,
Hər qədər axtarsa ət tapmaz xiridar ey həkim.

"Qarabağlı" rədifli şeirində şair qoçuluq, qolu zorbalıq, qan ədavəti kimi köhnə, vəhşi adətləri tənqid edir. Səməd Mənsurun bu şeirləri gündəlik felyeton ruhu daşısa da, ictimai cəhətdən faydalı parçalardır. Bu parçaların "Molla Nəsrəddin" səhifələrində çap olunması da təsadüfı deyildir. Bunlar üslubca aydın, mövzuca zəruri, Bədii ifadəcə maraqlı və şirin yazılmış həcvlərdir. Ancaq bu şeirlər ümumiyyətlə Səməd Mənsur yaradıcılığı üçün səciyyəvi deyildir.

S. Mənsur ciddi, lirik şeirlərində daha hərarətli, daha rəvan təbli şairdir.

S.Mənsur ciddi, lirik şeirlərində daha hərarətli, daha rəvan təbli şairdir.

Səməd Mənsurun ən məşhur şeiri "Rəngdir" şeiridir. Bu şeir şairin yaradıcılığında xüsusi yer tutur. Şair əslində varlıq aləmini yoxluqla müqayisə edərək fəlsəfi anlamda hər şeyin rəngdən ibarət olduğunu yazır.

Şeirləri

Ey həkim
Rəngdir
Söyüşün
Bizdə də var, sizdə də var
Gülməlidir
Səni mən sevməyirəm, sevməyirəm
Nazet
İki aşığın deyişməsi
Bacıoğlunun dayıya ərizəsi
Dayının bacıoğluya cavabı
Oğlum Əhməd Tofiqə vəsiyyətim
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR