Slimfit
  1. DÜNYA

Səlcuqların məşhur şahzadəsinin qəbri tapıldı

Səlcuqların məşhur şahzadəsinin qəbri tapıldı
Sakura

Səlcuqların məşhur şahzadəsinin qəbri tapıldı

Arxeoloqlar Türkiyədə Gürcü Xatunun qəbrini tapıblar.

Kult.az xəbər verir ki, bu məlumatı Gürcüstanın Türkiyədəki səfirliyi yayıb. Məlumata görə, qəbir Ərzurumun Pasinler rayonu yaxınlığında aşkarlanıb. Səfirlik məsələnin detallı araşdırılmasıyla məşğul olduğunu bildirib.

Qeyd edək ki, Gürcü Xatun Gürcü çarlığının Baqrationlar sülaləsindən olan rəhbərləri Rusudanın qızı və Tamaranın nəvəsidir. Əsl adı Tamara Gürcü Xatuna sonrakı adı Anadolu Səlcuqlu dövlətində verilib. Belə ki, o, Anadolu Səlcuqlu hökmdarı II Qiyasəddin Keyxosrovla evlənib. Bu evlilikdən Anadolu Səlcuqlu dövlətinin sonrakı hökmdarı I Əlaəddin Keyqubad dünyaya gəlib. Keyxosrovun ölümündən sonra monqollardan xilas olmaq üçün ermənilərə sığına Gürcü Xatun və Keyxosrovun anası Hunat Xatun satqınlığa məruz qalaraq monqollara təhvil verilmiş, bunun ardınca isə o məcburi şəkildə Anadolu Səlcuqlularının vəziri Pərvanə Muinəddinlə evləndirilmişdi. Bu evlilikdən sonra Gürcü Xatun dini dəyişərək islamı qəbul etmişdi.

Gürcü Xatun tarixdə həmçinin Mövlanə Cəlaləddin Ruminin hamisi kimi də tanınmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR