Slimfit
  1. SİYASƏT

Sekutadan şok Qarabağ mesajı: Bakının böyük uğuru...

Sekutadan şok Qarabağ mesajı: Bakının böyük uğuru...
Sakura

Sekutadan şok Qarabağ mesajı: Bakının böyük uğuru...

ABŞ Dağlıq Qarabağ konfliktinin həllində iştirakını gücləndirmək niyyətindədir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı eks-səfiri Robert Sekuta deyib.

O, ABŞ Konqresinə son düzəlişin irəliyə doğru vacib addım olduğunu bildirib:

“Məncə bu, Azərbaycan üçün böyük uğurdur. Dağlıq Qarabağ konflikti çox uzanıb. Hər şeyi dəyişməz olaraq saxlamaq məntiqsizdir. Düzəliş bu konfliktdə inkişaf əldə etməyə imkan verəcək. ABŞ aqressiyaya göz yummayacaq”.

O, ABŞ-ın bu düzəlişi qəbul etməsinə hazırkı situasiyanın təsir etdiyini bildirib.

Sekuta ermənilərin Los-Ancelesdə etdiklərinin bağışlanmaz olduğunu söyləyib.

Qeyd edək ki, bundan öncə ABŞ hərbi büdcə layihəsinə 296 nömrəli əlavə qəbul edilib. Əlavəyə əsasən, ABŞ Dövlət Departamenti bundan sonrakı dönəmdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın işğal edilmiş bölgələri və qaçqınları barədə Konqresə hesabat təqdim etməlidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR