Dərc edildi: Baxış sayı: 612
Səkkiz yaşlı əlil uşaq ştanq qaldırmaq üzrə dünya rekorduna imza atdı
Səkkiz yaşlı Kirov (Rusiya) sakini Vlad Çerepanov ştanqı 701 dəfə qaldıraraq dünya rekorduna imza atıb.
“Life” xəbər verir ki, ştanqın çəkisi 11 kiloqram – oğlanın çəkisinin tam yarısı olub.
Rekord “Artek” düşərgəsində qeydə alınıb. Buna cəmisi 25 dəqiqə tələb olunub.
Vlad əlillər üçün internat məktəbinin yetirməsidir. İndi onun arzusu Rusiyanın paralimpik yığmasına düşməkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət