Dərc edildi: Baxış sayı: 752
Səkkiz yaşlı azərbaycanlı ABŞ-da TOP-100 ən gənc şahmatçılar siyahısına daxil edilib
Gənc azərbaycanlı şahmatçı Elvin Baim 2017-ci ilin aprel ayı üçün öz yaş kateqoriyasında ən yaxşı 100 şahmatçı siyahısına daxil edilib.
Ens.az xəbər verir ki Oxu.Az-ın məlumatına görə, ABŞ Milli Şahmat Federasiyasının reytinqinə əsasən, Elvin 1426 xalla 56-cı sırada qərarlaşıb.
Qeyd edək ki, TOP-100-ə ABŞ-dan olmayan yalnız iki şahmatçı düşə bilib.
Elvin Baim Azərbaycanda bir çox tanınmış xəbər saytlarının keçmiş baş redaktoru olmuş Elnur Baimovun oğludur. Baimovlar ailəsi hazırda ABŞ-da yaşayır.
Eyni zamanda, qeyd edək ki, Elvin Baim tanınmış qrasmeyster Ülvi Bacaraninin atası, şahmatçı İlqar Bacaraninin tələbəsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət