Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Səkkiz saatlıq yuxu mifi

Səkkiz saatlıq yuxu mifi
Sakura

Yeni tədqiqatlar göstərir ki, səkkiz saatlıq yuxu həddən çox ola bilər

Tez-tez deyilir ki, gecələri səkkiz saat yuxu yatmalıyıq. Lakin bu sizi erkən məzara apara bilərmi?

Araşdırmalar göstərir ki, normaldan daha çox və ya daha az yatmaq xəstəlik və ölüm riskini artırır.

Bəs səhhətinizdəki problemlərin səbəbi nədir və yatmaqdan imtina etməlisinizmi?

Gecələr ideal yuxu saatı nədir? Bir çox insanın cavabı səkkiz saatdır. Lakin yeni akademik araşdırmaya əsasən bu ölçü həddən çoxdur və sağlamlığınız üçün risk yarada bilər.

Bəs səhhətinizdəki problemlərin səbəbi nədir və yatmaqdan imtina etməlisinizmi?

Səkkiz saatlıq yuxu ideyası mifdir yoxsa yox, BBC-nin “More or Less” proqramı araşdırıb.

Yeni tədqiqatlar göstərir ki, səkkiz saatlıq yuxu həddən çox ola bilər

Səkkiz saat həddən çoxdurmu?

Dr Gregg Jacobs ABŞ-da, Massachusetts Tibb Məktəbinin Yuxu Pozğunluqları Mərkəzində mütəxəssisdir. Onun sözlərinə görə, son 10 ildə aparılmış tədqiqatlar göstərir ki, bir gecə ərzində səkkiz saat yatmaq əslində sizin üçün pis ola bilər.

“Təxminən 34 tədqiqat aparılıb – bunlar vaxtaşırı insanları izləyən epidemioloji tədqiqatlardır. İki milyondan çox insanın iştirak etdiyi tədqiqatlar göstərir ki, yuxu saatları ilə ölüm arasında U şəkilli əlaqə var”.

"Ən aşağı ölüm halı U-nun ətəyində yerləşir və bu yeddi saatlıq yuxudur. Bundan sonra isə, yeddi saatdan az və ya çox yatdıqca, ölüm riski hallarında da tədrici artım baş verir. Daha uzun yuxu yatanlar arasında isə daha az yatanlara nisbətən ölüm hallarının sayı da çox olur".

Beləliklə, Dr Jacobs-a görə, yeddi saat mükəmməldir. Daha az yatdıqca erkən ölmək şansı da çoxalır. Yeddi saatdan çox yuxu isə erkən ölüm şansını daha da artırır.

Nə qədər yatdığınızı dəqiq hesablamaq doğrudan da çətin məsələdir - mürgünü də hesaba almalısınızmıʔ

Qeyri-dəqiq elm

Lakin digər yuxu mütəxəssisi, Britaniyanın Warwick Universitetində ürək-damar xəstəlikləri və epidemiologiya üzrə professor Franco Cappuccio iddi edir ki, yuxunu dəqiq hesablamaq çətin məsələdir. Buna gərə də biz altı və səkkiz saat arası yuxunu ideal hesab etməliyik.

"Biz insanlardan gecələr neçə saat yatdıqlarını soruşmaq kimi sadə bir metoda bel bağlayırıq," cənab Cappuccio deyir.

Əslində isə insanlar dəqiq neçə saat yatdıqlarını izah etməyi yaxşı bacarmırlar.

Beləliklə, insanların şəxsi fikirlərinə etibar etmək onu qeyri-dəqiq elmə çevirir. Məlum olur ki, biz neçə saat yatdığımızı şişirtməyə meyilliyik.

Lakin Britaniya və ABŞ-da yaşayan insanların dörddə üçü kimi, siz də gecələr ortalama altı və səkkiz saat arasında yatdığınızı düşünürsünüzsə, professor Cappuccio-nun fikrincə, narahat olmağa əsas yoxdur.

Çox az yuxu yüksək qan təzyiqi, şəkər və ürək-damar xəstəlikləri kimi sağlamlıq problemləri ilə bağlıdır

Həddən çox və ya az yuxu təhlükəsi

Altı-səkkiz saat arası yuxudan az və ya çox yatan hər kəsdə yüksək qan təzyiqi, şəkər və ürək-damar xəstəlikləri yaranması riski var.

Frank Cappuccio deyir: "Siz səkkiz saatdan çox və ya altı saatdan az yatdıqca, bu cür xəstəliklərə tutulmaq və ya erkən ölmək şansınız kəskin artır".

Bəs bu risk nə qədər böyükdürʔ Tədqiqatçılar sorğu keçirmiş olduqları insanlara bir də müraciət etdiklərində aydın olub ki, altı-səkkiz saat yatanlarla müqayisədə, az yuxu yatanlar arasında ölənlərin sayı 12 faiz daha çoxdur.

Araşdırmaçılar uzun yatanlara müraciət edərkən isə hətta daha çox - müqayisədə 30 faiz çox insanın öldüyü üzə çıxıb.

Əgər yatmağı sevirsiniz, yataqda çoxlu vaxt keçirirsiniz və eyni zamanda özünüzü çox yaxşı hiss edirsinizsə, ehtimal ki sizdə hər şey qaydasındadı

Yeddi əladır

Beləliklə, neçə saat yatmalısınızʔ İnsanların öz yuxları ilə bağlı çox etibarsız şahid olmaları faktına baxmayaraq, Dr Gregg Jacobs deyir ki, bizim müəyyən təsəvvürümüz var.

"ABŞ-da Milli Yuxu Fondu hər yaz minlərlə yetkin insan arasında elmi kampaniya çərçivəsində sorğu keçirir. Nəticədə onlar çox maraqlı bir şey aşkar edirlər - bu gün tipik yetkin insan yeddi saatlıq yuxu yatdığını bildirir və görünür ki, bu, dünyanın yetkinlik yaşına çatmış əhalisi arasında orta yuxu həddidir".

Dr Jacobs hesab edir ki, bəlkə də yeddi saatlıq yuxuda nəsə var ki, o beyin üçün daha təbii gəlir.

Onun dediyinə görə araşdırmalar göstərir ki, yetkinlik yaşına çatmış insanların əkəsriyyəti bu yuxu ilə yorğunluğunu almış və enerjili olur. Yalnız təxminən beş faiz insan özünü hər gün yuxulu hiss etdiyini bildirir.

"Yeddi saatlıq yuxuda nəsə var ki, onu daha az ölüm riski baxımından insanlar üçün ideal rəqəm edir. Beləliklə, yeddi saatlıq yuxu davamlı olaraq təkrarlanır".

Lakin əgər siz yatmaqdan zövq alırsız və yataqda çox vaxt keçirməyinizə baxmayaraq özünüzü yaxşı hiss edirsinizsə, ehtimal ki, sizdə hər şey qaydasındadı. Yatmağın sizi öldürəcəyinə dair aydın bir dəlil yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR