Şəkidə reyd zamanı 20 sürücü cərimələnib
Şəki şəhərində qaydalara əməl etməyən sürücülərə qarşı reyd keçirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, reyd Şəki şəhər-rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının 5-ci tağımının əməkdaşları tərəfindən keçirilib.
Reydin keçirilməsində məqsəd, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan ötmə, manevr etmə və qarşı hərəkət zolağına çıxma kimi kobud qayda pozuntularının aşkarlanması və nəqliyyat vasitələrini sərxoş vəziyyətdə, eləcə də, sürücülük hüququ olmadan idarə etmə hallarına qarşı mübarizənin gücləndirilməsi olub.
Gün ərzində davam edən reyd zamanı 80-ə yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, 20 sürücü barəsində protokol tərtib olunub.
Reydlər davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət