Dərc edildi: Baxış sayı: 667
Şəkidə göz xəstəxanası açılacaq
Yaxın vaxtlarda Akademik Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzinin Şəki filialı fəaliyyətə başlayacaq.
Femida.az xəbər verir ki, bunu MOM-un direktoru Elmar Qasımov "Oftamologiyanın bu günü və gələcəyi" adlı konfransda deyib.
Onun sözlərinə görə, mərkəz fəaliyyətə başladığı 10 il ərzində stasionar pasientlərin sayı 90 224 nəfər olub. Bu müddətdə 82 468 cərrahiyyə əməliyyatları aparılıb, mərkəzdə 1 milyon 710 nəfər ambulator müayinə edilib.
Bundan əlavə, MOM-un Səyyar Klinikasında 22692 nəfərə baxış keçirilib, onların 2 minə yaxını üzərində cərrahiyyə əməliyyat həyata keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət