Dərc edildi: Baxış sayı: 302
Şəki Xan Sarayının bərpa edilməsi ilə bağlı mütəxəssislərlə iş aparılır
Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzi Şəki Xan Sarayının bərpa edilməsi ilə bağlı mütəxəssislərlə iş aparır.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Mərkəzin İdarə Heyətinin sədr müavini Sədaqət Davudova Agentliyin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasnının Arxeologiya və Antropologiya Institutunun tərəfdaşlığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən “Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfransda bildirib.
"Hələ ki, bərpa işlərinə başlanılmayıb. Bu məsələ diqqət mərkəzindədir", - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət