Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Şəkərli diabet xəstələri karantin günlərini necə keçiməlidir?

Şəkərli diabet xəstələri karantin günlərini necə keçiməlidir?
Sakura

Şəkərli diabet xəstələri karantin günlərini necə keçiməlidir?

Koronavirus pandemiyası dövründə şəkərli diabet xəstələri riskli xəstələr qrupuna daxildilər. Bu xəstələr karantin günlərini necə keçirməli və nələrə diqqət etməlidirlər? 

Pandemiyaya çevirilən və Türkiyəni də təsir altına alan koronavirus epidemiyası səbəbiylə 65 yaşdan yuxarı və xroniki xəstəliyi olan insanlara küçəyə çıxmaq qadağan edilib. Ens.az saytı bildirir ki, bu qayda ölkəmizdə də tətbiq olunur. Beynəlxalq Diabet Federasiyasının məlumatlarına görə, dünyada hər 8 saniyədə 1 nəfər şəkər xəstəliyindən ölür.

22 ildir şəkərli diabetdən əziyyət çəkən Neslihan Sipahi, şəkərli diabetlə həyatda uzun bir yol keçdikdən sonra təlimçilik həyatına başladı. Bu müddətdə, təcrübələri olan bir çox şəkər xəstəsi üçün nümunə olan Sipahi, karantin prosesində olan diabet xəstələrinə qidalanma mövzusunda da tövsiyələr verdi.

"QAN ŞƏKƏRİNİZİ QICIQLANDIRMAYIN"

Sipahi karantinə görə evlərində çox vaxt keçirən diabet xəstələrinə bəzi təkliflər verdi: “Həddindən artıq karbohidrat olan , şirin və xəmir yeməklərdən uzaq durun. Günlərinizi çox yeməklə deyil, yetərli və balanslı qidalanma ilə keçirin. Bu vaxt qan şəkərimizi qıcıqlandırmayan yüngül desertlər hazırlayamaqla həm də vaxtımızı səmərəli keçirə bilərik. Yediklərimizi gündəlik qeyd etməyimiz də pis olmaz. Yediklərimizə nəzarət etmək və qida rasionumuza meyvə - tərəvəz daxil etməklə vitamin ehtiyacımızı qarşılamış olarıq. Coxlu su içməliyik və susuzluq hissi ilə aclıq hissini qarışdırmamalıyıq.

Gün ərzində evdə təmizlik işləri ilə yanaşı yarım  saat idman hərəkəti ilə məşğul ola bilərik.  İdman hərəkətləri musiqi və ya internetdə qoşduğumuz  videoların müşayiəti ilə edə bilərik.  Bununla, həm  çəkimizin artmasının qarşısını alarıq, həm də qanda  şəkərimizin  balansını qorumuş olarıq.  Unutmayaq ki, artıq çəki  fəsad riskini artırır və həkimlər bunu  istəmirlər. "

Diabetə qarşı mübarizənin çoxşaxəli, yəni çoxsaylı ixtisaslarla idarə olunmasının lazım olduğunu söyləyən Sipahi belə deyib: "Şəkər xəstəliyi ilə yaşamaq təcrübəmi sağlamlıq  və həyatla əlaqədar fəaliyyətimi bacarığımla birləşdirib diabetli xəstələrə yol göstərdiyim gündən bəri diabetin çoxşaxəli sistemində həkimi , tibb bacısı, dietoloqu  psixoloqu və motivasiya yoldaşı dediyimiz həyat təlimatçısı  ilə idarə etmək lazımdır.  Çünki şəkər xəstəliyi  diaqnoz qoyulandan və xəstəxanadan çıxdıqdan sonra başlayır.

Həyat tərzində dəyişiklik etmək, yəni sağlam qidalanma və yemək, fiziki fəaliyyət, stress və psixososial prosesi idarə etmək, yuxu rejimi, qan şəkərinə nəzarət etmək, özünə qulluq şüuru və gündəlik həkim nəzarətini pozmamaq kimi bir çox parametrdə məlumatlılığa və motivasiyaya ehtiyacımız var. "

ŞƏKƏRLİ DİABET XƏSTƏLƏRİ KORONAVİRUS DÖVRÜNDƏ   NƏ ETMƏLİDİRLƏR?

Epidemiya zamanı diabet xəstələrinin  nə etməli olduqlarını qeyd edən Neslihan Sipahi, "Diabetin xroniki bir xəstəlik olduğuna görə koronavirus ilə qarşılıqlı təsiri nəticəsində  risk daha da artır.  Mütləq evdə qalmaq və Səhiyyə Nazirliyinin gigiyena və sosial məsafə tövsiyələrinə əməl etməklə özümüzü qorumalıyıq.  Kəskin hallar istisna olmaqla mütəmadi müayinə üçün xəstəxanalara  müraciət etməyin.  Uzaqdan həkiminiz ilə əlaqə yaradın.  Qeyd edək ki,  xroniki xəstəlikdən əziyyət çəkənlər üçün  həmişə istifadə olunan dərman reseptinin vaxtı keçmiş olsa da, iyun ayinin sonuna qeder eyni reseptden istifadə etmək mümkündür. 

İnfeksiya riskindən qorunmaq üçün acqarına və tox vaxtı qan şəkərinizi  tez-tez ölçün və qeyd edin.  Həm də gecə yaxşı yatmaq immun sistemimizi güclü saxlayacaqdır.  Diabet texnologiyalarından faydalananlar sensor və ya CGM məlumatlarını rəqəmsal mühitdə səhiyyə işçiləri ilə paylaşa bilərlər.  Stresimizi idarə etmək üçün yoga, meditasiya və ya nəfəs məşqləri edə bilərik.  Evdə kitablar, filmlər, rəsmlər və s.  sevdiyimiz hobbi ilə məşğul olmağımız yaxşı təsir edecəkdir.

Mənbə: www.sozcu.com.tr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR