Şəkərli diabet və xərçəngin əlaqəsi tapıldı
Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların xərçəngin müəyyən növlərinə yoluxma riski daha yüksəkdir. Araşdırmaçılar belə qənaətə gəlib. 400000 insan arasında aparılan sorğudan sonra bəlli olub ki, hər 100 diabet xəstəsi kişidən 16-ı, hər 100 qadından isə 17-si xərçəngdən əziyyət çəkir. "Reuters"in məlumatına görə, diabetdən əziyyət çəkməyən insanlar arasında bu rəqəm 7-10 arasında dəyişir.
Atlanta xəstəliklərə nəzarət mərkəzinin epidemeoloqu Çaoyan Linin sözlərinə görə, şəkər xəstəliyi olan qadınlar və kişilərdə xərçəngin müxtəlif növlərinə rast gəlinə bilər. Belə ki, kişilərdə daha çox bağırsaq, mədəaltı vəz, sidik kisəsi, prostat, qadınlarda isə süd vəzi, uşaqlıq, qan xərçəngi ola bilər.
Mənbə: Milli.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət