Dərc edildi: Baxış sayı: 1402
Püstəli Lowcarb şokoladlı konfetlər
Xüsusuilə konfet həvəskarları üçün resepti təqdim edirik. Bu konfetlər şəkərin, həm də insulinin səviyyəsini qaldırmayacaq. Əlbəttə ki, hamısını birdən yemək lazım deyil, amma 1-2 dənəsindən qətiyyən zərər dəyməz.
Beləliklə... Gəlin hazırlayaq!
Sizə lazım olacaq:
100Q kakao yağı;
6 xörək qaşığı kakao tozu;
şəkər əvəzedicisi;
40q təmizlənmiş püstə;
Bir çimdik dəniz duzu;
Necə hazırlayaq?
- Püstəni ovun və tavada qurudun.
- Kakao yağını buxarda əridin.
- Kakao yağı əriyən kimi, ələnmiş kakao, dəniz duzu və şirinləşdiricini əlavə edin və qarışdırın.
- Şokolad qarışığını buz və ya balaca silikon formasında tökün.
- 5 dəqiqə müddətinə yuxarı hissəsi donmağa başlayana qədər yerləbuz dolabına yerləşdirin.
- Buz dolabından çıxarın və üstünə püstə əlavə edin. Beləliklə, bəzi hissələr səthdə qalacaq ki, bu da gözəl görünəcək.
- Daha 15 dəqiqə tam donana qədər dondurun.
Mənbə: Obozrevatel.com
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət