Dərc edildi: Baxış sayı: 919
Şəkərçörək belə hazırlanır
Foodinfo.az bu dəfə oxuculara şəkərçörəyin hazırlanma qaydasını təqdim edir.
Tərkibi: 500 qram un, 200 qram kərə yağı, 300 qram şəkər tozu, 15 qram maya, 1 yumurta, vanil.
Hazırlanması: Maya yumurta ağında əridilir, üzərinə ərinmiş yağ tökülərək bir qədər qarışdırılır, sonra şəkər tozu və vanil əlavə edilib 20-25 dəqiqə möhkəm çalınır. Daha sonra un əlavə edilib möhkəm qarışıncayadək yoğrulur. Yumşalmış xəmir xırda-xırda kündələnir və içərisinə kalka sərilmiş tavaya düzülür. Sonra üstünə barmaqla yumurta sarısı vurulub, sobada 180 dərəcədə bişirilir.
Nuş olsun!
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət