Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Şəkər xəstələri üçün yayda qidalanma qaydaları - Həkim məsləhəti

Şəkər xəstələri üçün yayda qidalanma qaydaları - Həkim məsləhəti
Sakura

Şəkər xəstələri üçün yayda qidalanma qaydaları - Həkim məsləhəti

"Şəkərli diabet xəstəliyi orqanizmdə insulin hormonunun çatışmazlığından yaranan və bunun nəticəsində qanda qlükozanın (yəni şəkərin) normadan artıq olması ilə xarakterizə olunan xəstəlikdir. Şəkərli diabetdən əziyyət çəkənlər karbohidratlardan, yəni tərkibində qlükoza (şəkər) olan qidalardan (un məmulatları,xəmir xörəkləri,meyvələr, şirniyyatlar və.s) az istifadə etməlidirlər. Şəkərli diabet xəstələri ümumiyyətlə fəsildən asılı olmayaraq hər zaman qidalanmalarına qarşı diqqətli olmalıdırlar".

Metbuat.az bildirir ki, bunları həkim-endokrinoloq Xuraman Rəcəbova saytımıza verdiyi açıqlamada deyib. O bildirib ki, şəkər xəstələri yay aylarında qidalanmaya hə ümumi həyat tərzlərinə diqqət yetirməlidirlər:

"Yay aylarını meyvə və tərəvəzlərin təzəliyinə və bolluğuna görə hamımız sevirik və meyvələrdən, meyvə şirələrindən istifadə edirik. Ətrafda hər yerdə, açıq havada müxtəlif un məmulatları, hazır yeməklər satılır və istər istəməz insan alır yeyir. Şəkərli diabet xəstələri buna diqqət etməlidir. Yayda yetişən şirin meyvələrdən mümkün qədər az yeməlidirlər. İstirahətdə olarkən hazır yeməklərdən, un məmulatlarından, süni meyvə şirələrindən çox az istifadə etməlidirlər.

Daha çox tərəvəz salatlarına və zülal tərkibli, lifli qidalara üstünlük verməlidirlər. Süni meyvə şirələrinin əvəzinə adi su, təbii mineral sulardan istifadə etmək məsləhətdir. Bununla yanaşı, həkim-endokrinoloqun yazdığı müalicəyə lazımı qaydada etməli və dərman qəbulunu unutmamalıdırlar".

 

Həkim həmçinin yay aylarında suya təlabatın artması ilə maye miqdarını tənzimləmək üçün həkimə müraciət etmək lazım olduğunu vurğulayıb:

"Daim hərəkətdə olmalıdırlar (üzgüçülük, gəzinti və.s). Əgər şəkərli diabetlə yanaşı yüksək qan təzyiqi xəstəliyi, ürək çatışmazlığı varsa, bu cür xəstələrə daim kardioloqun da nəzarəti olmalıdır.

Yay fəslində tərləmə çox olduğu üçün suya tələbat da artır. Şəkərli diabet xəstələrinin isə suya tələbatı daha çox artır və əgər şəkərlə yanaşı ürək çatışmazlığı və ya yüksək təzyiq varsa, bu cür insanlara gün ərzində qəbul edəcəyi mayenin miqdarını tənzimləmək üçün kardioloq məsləhəti lazımdır".

Fiziki avtivlik üçün hansı idman növünün mümkün olub olmadığına fərdi olaraq kardioloq qərar verir. Ürək çatışmazlığı və yüksək təzyiqi olanlar günəş altında çox oturmamalıdır, rütubət çox olan məkanlarda olmamalıdırlar. Bu cür mühit onlarda artıq stress yaradır və stressin fonunda qanda şəkər yüksəlir və xəstənin ümumi vəziyyəti pisləşə bilər.

Ona görə bu cür xəstələrə nəzarəti həm endokrinoloq, həm də kardioloq aparmalıdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR