Dərc edildi: Baxış sayı: 1066
Şəkər çörəyinin hazırlanması
Əksər evdar xanımlar çörək bişirməyi çox xoşlayırlar. Foodinfo.az bu dəfə şəkər çörəyinin düzgün bişirilmə qaydasını sizə təqdim edir.
Tərkibi:
Əla növ buğda unu – 530 q,
Ərinmiş yağ – 260 q,
Şəkər kirşanı – 300 q,
Yumurta – 1 əd,
Vanilin – 3 q,
Hazırlanması:
Ərinmiş yağı şəkər kirşanı ilə 25 – 30 dəq. çalın.
Bu zaman ona az-az yamurta ağı əlavə edin. Qarışığa vanilin və ələnmiş un qatılıb xəmir yoğrun.
Həmin xəmirdən 60 – 75 qramlıq girdə kündələr hazılrayın.
Perqament kağızı sərilmiş listlərə düzün.
Üzərinə yumurta sarısı çəkib 175 – 180 C istilikdə 25 – 30 dəq. bişirin.
Şəkərçörəyi soyuduqdan sonra üstünə şəkər kirşanı səpin.
Şəkərçörəyi, novruz xonçasında səməni, şəkərbura, badambura, şor qoğal ilə birlikdə olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət