Slimfit
  1. ARAŞDIRMA

Şəkər bizə nə qədər lazımdır?

Şəkər bizə nə qədər lazımdır?
Sakura

Şəkər bizə nə qədər lazımdır?

Qarşıdan Novruz bayramı gəlir. Təbidir ki, paxlava-şəkərbura, müxtəlif dadlı şirniyyatlarla bəzədilən bayram süfrəsinə laqeyid qalmaq çətin olacaq. Bəs, bədənin lazımından artıq şəkər qəbul etməsinə orqanizm necə reaksiya verir? Bu sualın birmənalı cavabı var: qədərindən artıq içilən su belə ziyandır! Bu işin bir tərəfi. Diğər yandan, şəkərin rasiyondan tam çıxarılması da orqanizm üçün faydalı deyil!

Ekspertlərin fikrincə, pəhriz zamanı şəkərin rasiondan çıxarılması orqanizmdə dəyişikliklərə gətirib çıxarır. SİA-nın məlumatına görə, Avropanın elmi nəşrlərində bəzi qidaların menyudan çıxarılması nəticəsində insan bədəninin məruz qaldığı dəyişiklikləri izah edən məqalə dərc edilib. Neyrobioloqlar bildirirlər ki, yemək orqanizm üçün təbii mükafatdır.İnsan beyni elə qurulub ki, bütün tələbat onda xoş təəssürat oyatmağa yönəldilib. Elə yemək də ondan həzz almağı təmin edir. Təkamülün formalaşdırdığı mezolimbik yol beyin üçün təbii mükafatların kodunu açır. Bu mükafatların təkrarlanması fərdin yaşaya bilməsi ilə birbaşa bağlıdır. Buna görə də insan orqanizmi karbohidratlarla təchiz edən şirin məhsullara daha çox üstünlük verir.

Alimlər laboratoriya şəraitində müəyyən ediblər ki, günün birinci yarısında şirin qidadan məhrum edilən siçanlarda narkotiklərdən asılılığa bənzər əlamətlər müşahidə edilir. Üstəlik, heyvanlarda həyəcanlılıq səviyyəsi artır. Tədqiqatçılar əmindirlər ki,

Ekspertlərin fikrincə, pəhriz zamanı şəkərin rasiondan çıxarılması orqanizmdə dəyişikliklərə gətirib çıxarır. Avropanın elmi nəşrlərində bəzi qidaların menyudan çıxarılması nəticəsində insan bədəninin məruz qaldığı dəyişiklikləri izah edən məqalə dərc edilib.

Neyrobioloqlar bildirirlər ki, yemək orqanizm üçün təbii mükafatdır, insan beyni elə qurulub ki, bütün tələbat onda xoş təəssürat oyatmağa yönəldilib. Elə yemək də ondan həzz almağı təmin edir. Təkamülün formalaşdırdığı mezolimbik yol beyin üçün təbii mükafatların kodunu açır. Bu mükafatların təkrarlanması fərdin yaşaya bilməsi ilə birbaşa bağlıdır. Buna görə də insan orqanizmi karbohidratlarla təchiz edən şirin məhsullara daha çox üstünlük verir.

Alimlər laboratoriya şəraitində müəyyən ediblər ki, günün birinci yarısında şirin qidadan məhrum edilən siçanlarda narkotiklərdən asılılığa bənzər əlamətlər müşahidə edilir. Üstəlik, heyvanlarda həyəcanlılıq səviyyəsi artır. Buna görə də insan desert yeyəndə onun əhvalı yaxşılaşır. Şəkərdən tam imtina etmək insanda ruh düşkünlüyünə və həyəcan hissinin artmasına gətirib çıxarır, orqanizm stressin öhdəsindən gələ bilmir, nəticədə hətta ciddi xəstəliklər törəyir...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR