Slimfit
  1. CƏMİYYƏT

Şəkər atasına görə sabah dəfn olunacaq

Şəkər atasına görə sabah dəfn olunacaq
Sakura

Şəkər atasına görə sabah dəfn olunacaq

Ötən gün Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında qida zəhərlənməsindən vəfat edən həmin universitetin tələbəsi, 20 yaşlı Xasmətova Şəkər Faiq qızının meyiti ailəsinə təhvil verilib.

Qafqazinfo” xəbər verir ki, onun meyiti hadisə günü doğulduğu Qusar rayonuna aparılsa da, dəfn mərasimi sabah baş tutacaq.

Mərhumun yaxınları Şəkərin atası Faiq Xasmətovun bu gün Rusiyadan gəlməsini gözləyirlər.

Qeyd edək ki, BDU-nun Fizika fakültəsinin IV kurs tələbəsi olmuş Şəkər nişanlı idi. Xəstəxanaya gələnə qədər nişanlısı onun ölümündən xəbərsiz olub. O, Şəkərin öldüyünü xəstəxanada öyrənib.

Onu da əlavə edək ki, Şəkərlə yanaşı, onun otaq yoldaşları, Quliyeva Dilrubə və İbadova Həmidə də qidadan zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Hər iki tələbənin durumunun yaxşı olduğu bildirilir.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR