Səid Rüstəmov - Gənc nəslin sevərək oxuduğu və ifa etdiyi lirik mahnılar müəllifi
Azərbaycan və Sovet bəstəkarı, pedaqoq və dirijor. Üçüncü dərəcəli Stalin mükafatı laureatı. Azərbaycan SSR xalq artisti.
Musiqi camiəsi onu həm də Azərbaycan dilində “Not savadı” (1931), “Tar məktəbi”, “Tar üçün etüdlər” metodiki tədris vəsaitlərinin müəllifi, həmçinin - “Xalq mahnıları toplusu”, “Xalq rəqsləri toplusu” folklor nəşrlərinin tərtibçisi kimi xatırlayır.
Qədirbilən dinləyicilər isə onun mahnı janrında yazdığı musiqiləri unutmur. O, "Sürəyya", "Alagöz", "Sumqayıt", "Sülhə səs verirəm", "Sən haradasan?", "Bu şeir deyil", "Oxu, tar", "Toxucu qız", "Həkim qız" - lirik, vətənpərvərlik mahnıları yazıb. Bunlardan başqa, "Beş Manatlıq gəlin", "Durna", "Rəhbərin arvadı" musiqili komediyalarının müəllifidir.
Səid Rüstəmovun musiqisini İsraildə də ifa olunur: Kvartet Əmir Şahasar, Mark Eliyahu & Marinita.
Mənbə: moltes moltes
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət