Slimfit
  1. GÜNDƏM

Səhv yazılan cərimələrə qarşı nə etməli?

Səhv yazılan cərimələrə qarşı nə etməli?
Sakura

“Robot səhv edə bilər, insan etməməlidir”

Kiminə başqa avtomobilin cərimə protokolu ünvanlanır, kiminə də başqasının inzibatı cəza balları yazılır. Bu isə sonda həmin sürücülər üçün əlavə prosedur qaydayarı, get-gəl yaradır. Ekpertlər deyir ki, texniki və ya mexaniki səhvin baş verməsi qaçılmazdır. Amma yol polisi orqanlarında hazırlanan və nəqliyyat vasitəsi sahibinə ünvanlanacaq istənilən məktub və məlumat daha diqqətli yoxlanmalıdır.

Avtosfer.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Elməddin Muradlı - Ekpert: "Bunu robot səhv edə bilər. Amma yoxlayan, baxan insandır. Oradakı yol polisi özü buna nəzarət etməlidir axı. Xirda bir şeydi, əslində, amma vətəndaşlar arasında qınaq yaradır. Orada ola bilər ki, kiçik rəqəm və ya hərif səhvi olur".

Belə eləmentar səhvlər daha çox elektron protokollarda qeydə alınır. Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirir ki, il ərzində qeydə alınan inzibati cəza protokollarının sayına görə səhv yazılan protokollar hədsiz azdır.

Kamran Əliyev - BDYPİ-nin rəsmisi: "İl ərzində 3.6 milyon protokol yazılır. Onlarından 65-i elektrondur. Bu qədər cərimə protokollarının içərisində 5-10 səhv ciddi qəbul edilməməlidir".

Amma bəzən belə yalnış yönləndirilən və yazılan protokollarda sürücülərin də günahı olur.

Kamran Əliyev: "Bəzən olur ki, sürücü nömrəni qaralayır. Yalandan palçıqlayır, yalan nömrə yazır, belə olan halda radarlar həmin maşını səhv qeydə ala bilər".

Səhv yazılan və sürücünün günahsızlığını sübut edəcək dəlil olan bütün inzibati protokollarla bağlı avtomobil sahibi ərazi üzrə YPŞ-yə, eləcə də elektron qaydada müaricət edib, bu yalnış qərarı ləğv etdirə bilər. Amma sürücü bunun üçün 20 gün ərzində DYP-yə muraciət etməlidir.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR