Slimfit
  1. MARAQLI

Səhv cavablandırdığınız müsahibə suallarına ideal cavablar

Səhv cavablandırdığınız müsahibə suallarına ideal cavablar
Sakura

Səhv cavablandırdığınız müsahibə suallarına ideal cavablar

İnsan Resursları üzrə menecerlərin işə qəbul edəcəkləri ən yaxşı namizədləri müəyyən etmək üçün iş müsahibələri zamanı onlara qəliz suallar ünvanlandığı hər kəsə məlumdur. Biz də bugünki məqaləmizdə sizlərə cavabını tapmaqda çətinlik çəkdiyiniz bəzi suallara verilə biləcək ən münasib cavabları sizə təqdim edirik.

1. Sonuncu dəfə qarşınıza nə vaxt çətin məqsədlər qoymusunuz?

Bu sual namizədlərin cəsarət tələb edən hədəflərin öhdəsindən uğurla gəlib gələ bilməyəcəklərini müəyyənləşdirir. Bu sualın ardınca “Həmin məqsədlərə nail olmaq üçün nə etmisiniz?” sualı da ünvanlana bilər. Namizəddən özü üçün müəyyən etdiyi bütün hədəflərin müddət və nəticələrini də ən incə detallarına qədər nəql etməsi istənilə bilər.

İdeal cavab: Bu tərzdə ünvanlanmış müsahibə sualına veriləcək ən düzgün cavab bir hədəfə çatmağın çətinliyinin nə dərəcədə başa düşüldüyünü göstərir. Bu cavab, namizədlərin bir tərəfdən yüksək standartlı bir iş təqdim etməyə çalışıb bu standartı qoruyarkən, digər tərəfdən məqsədlərinə çatmaq üçün nə dərəcədə çox səy göstərdiklərinin sübutu olmalıdır.

İş verənlər namizədlərin bəhs etdikləri “çətin hədəfləri” diqqətlə dinləməli və sözügedən hədəflərin nə üçün adi hədəflərdən fərqləndiyini başa düşməyə çalışmalıdırlar. Bu sual sayəsində çətin məqsədləri olmayan namizədlərlə qarşılaşdığınız zaman belə, onları iş uğuru baxımından olmasa da, özündən əminlik və özünə inam mövzularında dəyərləndirə bilməyiniz mümkün olacaqdır.

2. Şirkətimizin satdığı bir məhsul və ya təklif etdiyi bir xidməti satın almaq istəyən bir müştəri olduğumu düşünsək, məni necə inandırarsınız?

Bu“Şirkətimiz hansı işlə məşğuldur” sualının oxşar və əlbəttə ki, çox daha çətin formasıdır. Namizədlər, bununla iş müsahibəsinə gəlməzdən əvvəl şirkət haqqında etdikləri araşdırmanı təqdim etməklə yanaşı, eyni zamanda bu araşdırmadan necə faydalana biləcəklərini göstərmiş olurlar.

İdeal cavab: Bu suala bəzi namizədlər çox rahatlıqla cavab tapacaqlar. Hər şeydən əvvəl cavabınız şirkət haqqında məlumatlarınızı əskiksiz çatdırmağınızı təmin edəcəkdir. Müştərilərin ehtiyac duyduğu və ya başqa bir yerdə tapa bilməyəcəyi xidmət/məhsulun təqdim edilməsini də əhatə edən bir cavabla məhsul və müştərinin birləşməsindən yaranan tam bir iş təsviri etmək mümkündür.

Sualın satış və ya marketinq vəzifəsi üçün iş müsahibəsinə gələn bir namizədə müştəri ilə birbaşa ünsiyyət qurmayacaq hər hansı bir namizədə nəzərən daha asan olacağını unutmamalısınız. Burada dəyərləndirilən namizədlərin işi həll etmə formaları deyil. Sualın məqsədi hər bir namizədin necə düşündüyünü və suala necə cavab verdiklərini görməkdir.

3. İş yoldaşlarınız ilə münasibətiniz necədir? Sizin üçün yaxşı və pis iş yoldaşı profili necədir?

Hər bir komanda sözsüz ki, bir-birindən fərqlənir. Bu sualın məqsədi namizədin yeni bir komandada işlədiyi zaman özünü xoşbəxt hiss edib etməyəcəyi, məhsuldar olub olmayacağını başa düşməkdir. Bu suala verilən cavab namizədin insanlarla olan münasibəti və ya iş həyatında hansı münasibətlər qurmaq istədiyini göstərir.

İdeal cavab: Bu suala verilən cavablar, iş yoldaşları ilə olan münasibətin təkcə işgüzar tərəfinə yönəlmək zərurəti daşımır, həmçinin iş etikası ilə də bağlı ola bilər. Bəlkə namizədlər bu sualın cavabı olaraq iş yoldaşlarının pozitivliyinin onlara müsbət təsir göstərdiyini və ya əksinə əhval-ruhiyyəsini korladığını deyə bilərlər. Odur ki, bu sualın yeganə cavabı yoxdur. Bu səbəbdən də namizədin iş yoldaşlarının işləmə tərzlərinin öz tərzləri ilə oxşar və ya fərqli cəhətlərini izah etdiyi cavablara daha çox diqqət yetirilməlidir. Nəyə küsüb, nəyə sevinəcəklərinə deyil.

4. Karyeranızda bu zamana qədərki ən mühüm uğuru hansı layihə və ya tapşırıqla əldə etmisiniz? Ən böyük uğurunuz hansıdır?

Aparılan 10 illik bir araşdırmanın nəticələrinə görə bir namizədi işə qəbul edib etməməklə bağlı qərarın verilməsində ən təsirli müsahibə sualı məhz budur.

İdeal cavab: Namizədlərin cavabları əvvəlki işlərindəki uğurları və işlərini mənimsəmə duyğuları haqqında məlumat verəcəkdir. Bu suala veriləcək ideal cavab namizədlərin iş həyatında özlərinə güvənən insanlar olduqlarını göstərməklə yanaşı, şirkətin uğurunu ən az öz uğurları kimi dəyərləndirəcək qədər səmimi insan olduqlarını da müəyyən edəcəkdir.

Fərz edək ki, namizəd qürur duyulmalı olan bir satış və ya marketinq kampaniyası təşkil etdiyini nəql edir, o halda şirkətin bundan necə faydalandığını açıqlamasına imkan verilməlidir. Məsələn, rəhbərlik etdiyi bu kampaniya ilə işlədiyi şirkətin böyük bir müştəri qazanmasına səbəb olubmu?

5. İş həyatında etməli olduğunuz, ancaq bir daha təkrarlamaq istəməyəcəyiniz bir təcrübəniz varmı?

Namizədlərin bu suala verəcəkləri cavab onları qane etməyən tapşırıqları necə təsvir etdiklərini göstərəcəkdir ki, bu vəziyyət iş həyatında hər kəsin başına ən az bir dəfə gəlmişdir.

İdeal cavab: Namizədlərin bu suala verə biləcəkləri cavabları bir neçə qrupa ayırmaq olar:

Sənədləşmə işləri: Namizəd icra edilən işin şirkət üçün əhəmiyyətini həqiqətən başa düşürmü? Yaxud lazımsız hesab etdiyi bu işi icra etmək üçün kifayət qədər ixtisaslı olduğunu düşünür?

Çətin işlər: Bir işi çətin edən amil nə ola bilər? Planlaşdırma və ya idarə edilmədə nöqsanların olması, yoxsa tamamilə başqa bir səbəb var? Çox xoş olmayan bir iş təcrübəsi yaşadığınız zaman məsuliyyət kimə aiddir?

Komanda işi: Komanda işinə və ya namizədin komandadakı rolunun nə olacağına dair suallarla müsahibə davam edə bilər.

Əslində namizədlərin təkrarlamağı istəməyəcəkləri bir təcrübə haqqında düşünmələri belə qəribədir, elə deyilmi? Burada əsas məqam namizədlərin icra etmək istəmədikləri işlə yenidən məşğul olmağın məhsuldarlığı azaldıb azaltmayacağını müəyyənləşdirməkdir. 

 

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR