Məşədi Mirzə Qəni Məhəmmədsadıq oğlu Şəhriyar Şirvani - XIX əsr Azərbaycan şairi
Məşədi Mirzə Qəni Məhəmmədsadıq oğlu Şəhriyar Şirvani 1852-ci ildə Şamaxıda anadan olmuşdur. Köhnə üsul ilə mükəmməl təhsil almışdır. Cavan vaxtlarında altı il Teymurxanşurada yaşamış, sonra İrana getmiş, Raşt, Qum, Qəzvin şəhərlərinə səyahət etdikdən sonra Tehrana qayıdaraq orada tibb elmini öyrənmişdir. Mirzə Qəni on səkkiz il İranda qalmışdır. Vətəninə qayıtdıqda Şamaxıya getməyib, əvvəl Gəncədə, sonra isə Ağdaş va Göyçayda "Hacı Həkim" ləqəbilə təbiblik etmişdir. 1915-ci ildə Göyçayda vəfat etmiş, vaxtilə Göyçay- Ucar yolunun üstündə olan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Ağdaş ədəbi dərnəyinin iştirakçılarındandır. Bəzi cünglərdə bir neçə şeiri qalmışdır.
Qəzəlləri
Keçə bu fəsli-xəzan, mövsümi-baharım ola
Könül sirişk tökər, çeşmi-əşkbar ağlar
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət