Slimfit
  1. İDMAN

Şəhriyar Məmmədyarov "ShamkirChess 2019"u qələbəsiz başa vurub

Şəhriyar Məmmədyarov "ShamkirChess 2019"u qələbəsiz başa vurub
Sakura

Şəhriyar Məmmədyarov "ShamkirChess 2019"u qələbəsiz başa vurub

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirini qələbəsiz başa vurub.

"Report"un məlumatına görə, 34 yaşlı qrossmeyster sonuncu - XIX turda Rusiya təmsilçisi Sergey Karyakinlə üz-üzə gəlib. Məmmədyarov bu görüşü heç-heçə ilə başa vurub. Çinli Dinq Liren isə Hollandiya təmsilçisi Aniş Giri ilə xalı yarı bölüb.

Hazırda Maqnus Karlsen (Norveç) - Aleksandr Qrişuk (Rusiya), Vişvanatan Anand (Hindistan) - Veselin Topalov (Bolqarıstan) və David Navara (Çexiya) - Teymur Rəcəbov (Azərbaycan) görüşləri davam edir.

Norveçli dünya çempionu Maqnus Karlsen VIII turda çempionluğunu rəsmiləşdirib. Şəhriyar Məmmədyarov turniri 3.5 xalla 9-cu pillədə başa vurub. Aniş Giri isə 3 xalla sonuncu olub.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 2016 və 2017-ci illərdə "ShamkirChess"in qalibi olub. Qalan 4 yarışda isə Maqnus Karlsen birinci yeri tutub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR