Slimfit
  1. İDMAN

Şəhriyar Məmmədyarov FİDE-nin reytinq siyahısında üç pillə geriləyib

Şəhriyar Məmmədyarov FİDE-nin reytinq siyahısında üç pillə geriləyib
Sakura

Şəhriyar Məmmədyarov FİDE-nin reytinq siyahısında üç pillə geriləyib

FİDE dünyanın ən güclü şahmatçılarının yeni reytinq cədvəlini açıqlayıb. 

ONA-nın məlumatına görə, iyun ayı üçün açıqlanan “Top-100”də 4 kişi və 1 qadın şahmatçımız yer alıb. 

Təmsilçilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdur. Hesabında 2774 xalı olan qrossmeysterimiz 8-ci pillədə yer alıb. O, ötən ayla müqayisədə üç pillə geriləyib.

Ş.Məmmədyarov siyahıya başçılıq edən Maqnus Karlsendən (Norveç) 101 xal geri qalır. ABŞ təmsilçisi Fabiano Karuana (2819) və çinli Lifen Dinq (2805) də ilk “üçlük”də yer alıb.

Teymur Rəcəbov 2759 xalla 12-ci, Arkadi Naydiç 2681 xalla 58-ci, Qədir Hüseynov 2654 xalla 97-ci pillədəki mövqeyini qoruyub.
 
Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə 2427 xalla 40-cıdır. Ötən ay dünyanın 92-cisi olan Xanım Balacayeva isə “Top-100”ü tərk edib. Xanım zəka sahiblərin siyahısına Yifen Hou (Çin, 2659) başçılıq edir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR